Page 33 - heynrix
P. 33
İ ROMAN
altında iki boşqab qızardılmış ət, kotlet, yaşıl rəngli şüşə qabda ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
sirkəyə qoyulmuş xiyar gördüm.
33
Ayaq saxlayanda qız üzümə baxdı. Pəncərələrin arxasın‐
dakı dəmir lövhələri götürdüyü üçün artıq sifətini də görür‐
düm və soruşdum:
– Bağışlayın, indi açırsınız?
– Bəli, – dedi və yanımdan keçərək axırıncı lövhəni də ar‐
xa tərəfə aparıb yerinə söykədi. Lövhələrin hamısını aparsa
da, bir də geri qayıtdı, üzümə baxanda soruşdum:
– Gəlmək olar?
– Əlbəttə, – dedi, – ancaq hələ soyuqdur.
– Eybi yox, – deyib içəri keçdim.
İçəridən pis iy gəlirdi. Cibimdən siqaret çıxarıb yandırdım.
İşığı yandıranda hər şeyi tərtəmiz görüb təəccübləndim.
– Sentyabr üçün qəribə havadır, – qız dedi, – bu gün də
günorta isti olacaq, ancaq indi adam üşüyür.
– Elədir, – dedim, – çox qəribədir, səhərlər soyuq olur.
– İndi sobanı yandıraram.
Səsi cingiltili, bir az da kövrək idi. Hiss etdim ki, pərt olub.
Başımı tərpətməklə kifayətləndim, piştaxtanın yanında
divara söykənib ətrafa boylandım. Divarlar taxtadan idi,
üstünə siqareti reklam edən əlvan kağız çəkilmişdi: bir əli ilə
şampan şüşəsinin boğazından yapışmış, saçlarına dən düşmüş
yaraşıqlı kişilər açıq‐saçıq geyimli qadınlara irişə‐irişə siqaret
təklif edirdilər... ya da at belində uz‐gözündən qeyri‐adi bəx‐
tiyarlıq yağan kovboylar – əllərinin birində kəmənd, o birində
isə siqaret, arxalarınca çox böyük, mavidən də mavi tüstü
layını çəkib aparırdılar... Tüstü layı ipək bayraq kimi Amerika
çöllərinin üfüqlərinə qədər uzanıb gedirdi...
Oğlan sobaya yaxın oturmuşdu, soyuqdan titrəyirdi.
Ağzında konfet vardı, al‐qırmızı rəngə boyanmış şirnini çubu‐
ğundan tutub ara vermədən sorur, ağzının yan tərəflərindən
güclə görünən şirnili selik damcıları çənəsi ilə üzüaşağı axırdı.
– Bernhard! – qızın mehriban səsi eşidildi və aşağı
əyilərək cib yaylığı ilə oğlanın ağzını tərtəmiz sildi. Sonra