Page 34 - heynrix
P. 34
HAYNRİX BÖLL
sobanın qapağını qaldırdı, əlindəki qəzetləri bürmələyib içəri
təpdi, üstünə odun, kömür tökdü, kibrit yandırıb paslanmış
qapağın deşiyindən içəri tutdu.
– Lütfən, əyləşin, – mənə dedi.
– Təşəkkür edirəm, – desəm də, oturmadım.
Soyuq idi və sobanın yanında qalmaq istəyirdim. Oğlana
baxanda ətim çimçəşsə də, ucuz xörəklərin boyat qoxusundan
iyrənsəm də, indicə yağ‐çörəklə qəhvə içəcəyimi fikirləşəndə
xoşallanırdım. Əyilib sobanın necə yandığını yoxlayarkən qızın
dümağ boynuna, yamaqlı corablarına, başının necə asta‐asta
tərpəndiyinə tamaşa edirdim.
Əvvəlcə bir az tüstü çıxdı, sonra çırtıltı eşidildi; alov
görünəndə tüstü kəsildi. Qız ayaqlarının ucunda çöməlib, çirkli
barmaqları ilə sobanın deşikli qapağını qurdaladı, hərdən
əyilib üfürdü, lap çox əyiləndə isə boynundan aşağı baxıb,
uşaq kürəyi kimi nazik kürəyini gördüm.
Qəflətən ayağa qalxıb təbəssümlə mənə baxdı, piş‐
34 taxtanın arxasına keçdi. Suyu açıb əllərini yudu, qəhvəbişirəni
işə saldı. Sobaya yaxınlaşdım, maşa ilə qapağını qaldırdım və
gördüm ki, odun artıq alışıb, yavaş‐yavaş kömürə də od düşür.
Doğrudan da, içəri isinməyə başlayırdı. Qəhvəbişirən də artıq
fışıldayırdı və hiss etdim ki, iştaham əməlli‐başlı açılır. Həmişə
içəndən sonra qəhvə ilə səhər yeməyini xoşlayıram. Ancaq indi
yüngül bir ikrah hissi ilə qabığı qırış‐qırış olmuş soyuq
sosislərə, boşqablara yığılmış salatlara baxdım. Qız boş
şüşələrlə dolu bir tənəkə qutunu götürüb bayıra çıxdı. Qəribə
də olsa, ağıldankəm bir oğlanla burada tək qalmağım məni
əsəbiləşdirdi. Uşaq mənə heç fikir vermirdi, ancaq arxayınca
oturub iyrənc şirnini ləzzətlə sorması məni özümdən çıxarırdı.
Siqareti atdım. Qapı açıldı, qızın əvəzinə bayaq kilsədə
ibadət edən keşişi görəndə diksindim. Kəndlilərə məxsus
yumru, solğun sifətli keşişin başında indi tərtəmiz qara şlyapa
vardı. “Sabahınız xeyir” deyib piştaxtanın arxasında heç kəsi
görməyəndə üzünə məyusluq ifadəsi kölgə kimi qondu.
“Sabahınız xeyir” deyə ürəyimdən keçirdim: ay bədbəxt!
Elə indi yadıma düşdü ki, bayaq olduğum kilsə “Məryəm