Page 14 - heynrix
P. 14
HAYNRİX BÖLL

papaq olurdu, adı Diş idi; sonralar öyrəndim ki, etiqadını
dəyişmiş keşişdir, indi camaşır tozu alveriylə məşğul olur.

Və indi isti kolbasadan yeyə‐yeyə, kolbasanın istiliyindən
xəstə diş ətim ağrıya‐ağrıya həmin o yastı güzgüdə gördüm ki,
getdikcə Dişə oxşamağa başlayıram: papağım da, boz, arıq
sifətim də, baxışlarımdakı ümidsizlik də... Ancaq güzgüdə
yanımdakı adamların da sifətlərini, kolbasadan dişləmək üçün
ayrılmış ağızlarını, sapsarı dişlərinin arxasındakı udlaqlarını,
çəhrayı rəngli kolbasa tikələrinin orada necə yoxa çıxdığını
görürdüm. Bir də yaxşı, pis papaqları, papaqsızların yaş saç‐
larını içəridə o tərəfə, bu tərəfə tələsən satıcı qadının qırmızı
sifətini görürdüm... O, cırıldayan yağın içindən qaynar kol‐
basaları taxta çəngəllə çevikcəsinə, gülümsəyə‐gülümsəyə
çıxarır, onu karton boşqaba qoyub böyrünə xardal sıxır, ye‐
məyə girişmiş kişilərin arası ilə o tərəfə, bu tərəfə qaçır, xardala
bulaşmış çirkli boşqabları yığışdırır, kiməsə siqaret, kiməsə
limonad gətirir, xırda çəhrayı barmaqları ilə verilən pulları
14 götürdü, həmin anda da yağış günlüyün çadırını döyəcləyirdi.

Mən də kolbasadan dişləyəndə ağzım açılır, sapsarı dişlə‐
rimin arxasında udlağımın qaranlıq yolu görünürdü. Başqala‐
rının üzündə məni dəhşətə gətirən o qəribə acgözlük özümdə
də vardı. Tavadan qalxan isti buğun içində başlarımız kukla
teatrındakı oyuncaqların başına oxşayırdı. Dəhşət məni bü‐
rüdü, adamların arasından sivişib təzədən küçəyə çıxdım, yağış
başıma tökülə‐tökülə Motsartştrasse ilə qaçmağa başladım.
Mağazaların qapıları üstündəki günlüklərin altına yağışın
kəsməsini gözləyən adamlar yığışmışdı və mən Vaqnerin
emalatxanasına çatıb, onların arasından birtəhər keçərək özü‐
mü qapıya çatdırdım, çətinliklə də olsa, qapını özümə tərəf
dartıb açdım və nəhayət, pilləkənlə aşağı düşərkən dəri
qoxusu üzümə vuranda yüngülləşdim. Köhnə ayaqqabılara
hopub qalmış tər iyi, təzə dəri, qatran qoxusu gəlir, köhnə tikiş
maşınının cırıltısı eşidilirdi.

Skamyada oturub gözləyən iki qadının yanından keçib,
şüşə qapını açdım, Vaqnerin məni təbəssümlə qarşılamasına
sevindim. Onu otuz beş ildir tanıyıram. Onda Vaqnerin mağa‐
   9   10   11   12   13   14   15   16   17   18   19