Page 10 - heynrix
P. 10
Hans Şnirin daxili monoloqları konfliktin dinamikasını
bütün aydınlığı ilә açıb göstәrir. Onun nitqindә alman cәmiy-
yәtinin mәnasızlaşdırdığı әsas anlayışlar dırnaq içindә verilir.
Qәhrәman sevgiyә sevgi demәyә çәkinir, elәcә “bu” deyir.
Çünki başqaları üçün sevgi artıq şәhvәt ehtiraslarından başqa
bir şey deyildir. Yalanlar, tәhriflәr dünyasında yaşamaq ona
әzab verir. Şniri yaşadığı cәmiyyәtlә konfliktә gәtirәn, onu
yadlaşdıran katolisizm pәrdәsi altında yayılmağa başlayan
dini-әxlaqi dәyәrlәrdir. Sosial yalanlara qarşı o qәdәr hәs-
sasdır ki, hәtta telefonla belә qoxunu “eşidә” bilir.

Yazıçı yaradıcılığında yeni bәdii üfüqlәr açmaqla yanaşı,
bu qәddar vә amansız dünyada insanlığın müdafiәsini hәyatı-
nın әsas mәnası hesab edir: “Mәn qәti әminәm ki, insanı insan
edәn dil, sevgi, hәmdәrd olmaqdır, onu özü ilә, başqa insanlar-
la, Allahla monoloq, dialoq vә dua bağlayır” (“Frankfurt mü-
hazirәlәri”). Bu sitatda “hәmdәrd” sözü diqqәt çәkir. Mәhz
hәmdәrdlik poetikası onun әsәrlәrinә bir tәkrarsızlıq vә özü-
nәmәxsusluq gәtirib. Böll tәhkiyәsinә xas olan lirizm, poetik
10 sәmimiyyәt dә bu üzdәndir, bu da onun hәqiqәt yaşantılarına
ekzistensial miqyas verir.

Böyük yazıçının әmәllәri ilә sözü hәmişә bir-birini
tamamlayıb. Yaradıcılığı vә ictimai fәaliyyәtinin harmoniyası
onun yazıçı şәxsiyyәtinә böyük vәtәndaş bütövlüyü verirdi.
Haynrix Böll alman cәmiyyәtinin vә dünyanın ağrılı mәsәlә-
lәri, haqsızlıqları ilә bağlı sәsini hәmişә qaldırıb. 1974-cü ildә
SSRİ-dәn qovulmuş A.Soljenitsına evini verib. Haynrix Böll
mәşhur “47-lәr dәrnәyi”nin nüfuzlu liderlәrindәn biri idi vә
onun bayrağını ömrünün sonunacan lәyaqәtlә vә şәrәflә
daşıyıb...

Rüstәm Kamal
   5   6   7   8   9   10   11   12   13   14   15