Page 6 - heynrix
P. 6
utancı, günahları onun yaradıcılığının әsas leytmotivi olur.
Almanların milli dirçәlişi yalnız daim tarixi yaddaşa (xüsusәn
XX әsrdә) baxıb ibrәt dәrsi almaqla mümkündür – Böll yara-
dıcılığının vә ictimai fәaliyyәtinin bu qayәsi “Frankfurt müha-
zirәlәri”ndә dә (1966) sistemli şәkildә әksini tapıb.
Onun yaradıcılıq ruhuna, yazıçı әxlaqına XX әsr alman
әdәbiyyatının iki qüdrәtli әdәbi-bәdii hәrәkatı – ekspressi-
onizm vә “47-lәr dәrnәyi” güclü tәsir etmişdir. H.Böll
yaradıcılığında “itirilmiş nәslin” (E.Heminquey, R.Oldinqton,
E.M.Remark) tәcrübәsindәn,“şüur axını” texnikasından sә-
nәtkarlıqla yararlanıb.
H.Böllün personajları dünya ilә öz tәbiәtlәrinә uyğun
olaraq әlaqәyә girirlәr – başqa cür dә ola bilmәzlәr. Necә
varsa, elәdirlәr. Haynrix Böllün әsәrlәrini klassik alman ailә
romanı tipinә dә aid etmәk olar. Böllün ilk hekayәlәri, povest
vә romanları, әsasәn, qәhrәmanın hәyatından hansısa bir
önәmli epizodu götürüb әhatә edir. Bu epizodlar bu vә ya digәr
dәrәcәdә müharibә tәcrübәsi ilә bağlı olur – hadisәlәr, adәtәn,
6 gәnc insanın dilindәn nәql edilir. Amma “Kişisiz ev” (1954)
vә “Onun yarısı bilyard oyunu” (1959) romanlarından başla-
yaraq tәhkiyәnin hәm zaman strukturu, hәm dә personajların
çevrәsi xeyli genişlәnir.
H.Böllün bir çox әsәrlәri, müsahibәlәri vә Nobel nitqi
Azәrbaycan oxucusuna artıq tanışdır.
“Xanımla kollektiv portret” romanı Böll irsindә ayrıca
yer tutur. Әsәr Leni Qreytenin (Pfayfer) hәyat tarixçәsindәn
bәhs edir. Leni 1922-ci ildә doğulub, faşistlәrin hakimiyyәtә
gәlmәsi, müharibә, müharibәdәn sonra Almaniyanın bәrpası
onun gözlәri qarşısında baş verib. Leni heç dә “xanım” deyil
(qısa müddәt nikahda olub: rus әsiri Boris Koltovskini sevir,
nikahdankәnar Lev adlı oğlu böyüyür, bir sıra mәişәt çәtin-
liklәri ilә üzlәşir – mәhkәmә icraçıları mәnzilini әlindәn
almaq istәyirlәr). Faşist ideologiyasının vә harınlaşmış
cәmiyyәtin canavar qanunları ilә idarә olunan dünyada Leni
yeganә müqәddәs varlıqdır. Onun xristianlığı kilsә dәyәr-
lәrindәn vә tәlәblәrindәn uzaqdır.
Leni Pfayferin obrazı müxtәlif “mozaik qırıntılar”dan
ibarәtdir. Anonim “müәllif” yeni “Müqәddәs”in “hәyatı”nı