Page 8 - heynrix
P. 8
Romanda hadisәlәr şәnbә günü, 30 sentyabrda başlayıb,

iki gün davam edir. Süjet xәtti Fredlә Ketenin görüşünә

hazırlıq mәqsәdi daşıyır. Müharibәdәn sonrakı Qәrbi Alma-

niyanın iqtisadi, mәnәvi, ictimai süqutu Fredlә Ketenin mono-

loqlarından keçir. Onlar üç uşaqla kirayә tutduqları darısqal

bir otaqda yaşayırlar. Otaqda bircә çarpayı var. Uşaqlar

döşәmә üstündә yatırlar, tez-tez xәstәlәnirlәr. Onlar böyüyür,

yaxşı qidalanmalıdırlar. Fred günlәrin birindә oyun avto-

matlarında çoxlu pul qazanacağına ümid bәslәyir. Әr-arvad

kimi bir yerdә ola bilmirlәr, ona görә dә ucuz oteldә otaq tutub

görüşürlәr. Düzdür, Fred vә Kete kilsәdә ibadәtdәn dә qal-

mırlar. Kasıblıq Fredin içini tar-mar edir. Dünya tamam

gözündәn düşür. Fred içmәkdәn xroniki alkoqolizm xәstәliyinә

tutulur, daha aqressivliyini, sәbirsizliyini cilovlaya bilmir.

Uşaqların sәsi belә onu bәrk әsәbilәşdirir. Hәlә bu azmış kimi,

Kete dördüncü uşağa hamilәdir. Belә bir durumda hamilә

olmaq onu qorxudur. Hamilәlik әlavә maddi-mәnәvi sıxıntılar

8 demәkdir.
Evin sahibәsi frau Franke aradabir ailәyә kiçik “maddi

yardım”lar göstәrir, Hәtta Milad bayramında şәnliyә dәvәt

edir. Bir sözlә, özünü әsl dindar, imanlı katolik kimi göstәrmәk

istәyir. Kete isә ondan qorxur. Çünki “hәr sәhәr Müqәddәs

çörәkdәn dadan, ancaq uşaqlardan hansısa ayaqyoludan

çıxarkәn iş otağından qaça-qaça gәlib oranın tәmizliyini

yoxlayan daşürәkli Frankedәn” onları qoruya bilmir.

Romanın hava-iqlim durumu da şәhәr peyzajına vә

qәhrәmanların ovqatına uyğun seçilib. Payız mövsümü ümid-

lәrin mövsümü kimi tәsvir edilir. Kilsәlәr, xarabalıqlar içindә

alışıb-yanan reklam işıqları sosial peyzaja bir az da cansıxıcı

üzüntü gәtirir. Süjet mәsamәlәrinә, qәhrәmanların dialoqları-

na kәdәr rüzgarı hopur. Ketenin güzgüyә baxıb gülümsәmә-

sindә dә kәdәri sezirik: “Әlini buraxdım, solğun sifәtini,

tağlanmış saçlarının arasındakı dümağ “cığırı” gördüm. Çox-

mәrtәbәli evin ön tәrәfindәki yazı işıqlananda yaşıl rәngә

bәlәnmiş sifәti daha aydın görünürdü: doğrudan da, gü-

lümsәyirdi”.
   3   4   5   6   7   8   9   10   11   12   13