Page 12 - heynrix
P. 12
HAYNRİX BÖLL
... Və bircə kəlmə də demədi
I
İşdən sonra maaşımı almaq üçün xəzinəyə getdim. Pul
verilən balaca pəncərənin qarşısında adam çox
olduğundan yarım saat gözlədim, sonra qəbzi içəri uzatdım,
gördüm ki, xəzinədar da onu sarı rəngli kofta geyinmiş qıza
verdi. Qız üst‐üstə qalanmış haqq‐hesab qovluqlarına
yaxınlaşdı, sonra qəbzi kişiyə qaytarıb dedi:
– Qaydasındadır!
Xəzinədar tərtəmiz əlləri ilə əsginasları mərmər lövhə‐
ciyin üstünə saydı. Pulu özüm də saydım, adamların arasından
sivişib qapının yanındakı balaca masaya tərəf getdim ki, onu
zərfə qoyum, arvadıma da məktub yazım. Masanın üstündə
xeyli qırmızımtıl blank vardı. Birini götürüb karandaşla arxasına
yazdım: “Sabah mütləq görüşməliyik, saat ikiyə qədər zəng
12 vuracam”. Kağızı da, pulu da zərfə qoydum, bağlanan yerini
tüpürcəklədim, ancaq nəsə tərəddüd etdim, pulun arasından
onmarklıq əsginas çıxarıb, paltomun cibinə qoydum. Mək‐
tubun üstünə isə yazdım: “Puldan on mark götürdüm, sabah
qaytaracam. Uşaqları öpürəm. Fred”. Ancaq zərfin ağzı yapış‐
madı. Qarşısında heç kəs olmayan “Ödənişlər” pəncərəsinə
yaxınlaşdım. Şüşə arakəsmənin arxasında oturan qız ayağa
durdu, balaca pəncərəni yuxarı qaldırdı. Arıq, qaraşın bir qız
idi, əynində yuxarısı süni qızılgüllə sancaqlanmış çəhrayı rəngli
uzunboğaz köynək vardı.
– Xahiş edirəm, mənə bir az yapışqan verin, – dedim.
Qız bir anlığa tərəddüdlə üzümə baxdı, sonra qəhvəyi
rəngli yapışqan tükcəsindən bir parça qoparıb mənə uzatdı,
pəncərənin gözünü aşağı saldı. Şüşə arakəsməyə: “Təşəkkür
edirəm!” – deyib masanın yanına qayıtdım, zərfi bağladım,
papağımı başıma basıb xəzinədən aralandım.
Bayıra çıxanda yağış yağırdı, xiyabandakı ağacların
yarpaqları tək‐tək, yellənə‐yellənə asfalta tökülürdü. Qapının