Page 9 - heynrix
P. 9
“Bir tәlxәyin düşüncәlәri” romanını tәhlil edәrkәn digәr 9
alman nobelçisi Qünter Qrassın “Tәnәkә tәbil” (1959) roma-
nını xatırlayırsan. Romanların mövzusu vә problemi oxşar
kimi görünür. Amma Böll tәhkiyәni Qrassın modernist “xırda-
lıqlarından” tәmizlәyib, onu realist mәcraya sala bilib.
Hans Şnirlә Oskar Maseratın özünәmәxsus oxşarlıqları
var. İkisi dә sәnәtkardır (artistdir), ikisi dә autsayderdir. İkisi
dә nifrәt etdiklәri cәmiyyәtdә uğur vә sevgi qazanmaq arzu-
sundadır vә könüllü olaraq uğurdan imtina edirlәr. Maraqlıdır
ki, tanınmış rus germanisti A.Karelskinin Hans Şnirlә bağlı
müşahidәlәrini Oskar Maserata da şamil etmәk olar: ““Qeyri-
müәyyәn keçmiş” mövzusu “tәlxәk” mövzusu ilә çoxmәnalı
әlaqәyә girir: bu sosial әdalәtsizlik dünyasında nәinki fәrdi
xoşbәxtlik mümkünlüyündәn burada söhbәt gedә bilmәz, bu
dünyaya qarşı qiyamın özü tragik tәlxәklik kimi dәrk edilir”
(fikrimizcә, hәm dә tragikomik).
Hans Şnir zәngin ailәnin övladıdır. Babasının verdiyi
evdә yaşayır, amma hәyatın nәbzini tuta bilmir. Qәhvә vә
siqaret qurtarmaq üzrәdir. Mәişәt hüzuru tamam pozulur.
Allah qarşısında hәyat yoldaşı kimi qәbul etdiyi sevgilisi dә
onu tәrk edib. Әtraf mühitә münasibәtlәri isterika şәklini alır.
Hans Şnir taleyini danışır. Romanda hadisәlәr bir gün
әrzindә baş verir. Qәhrәman müharibәdәn sonrakı alman
cәmiyyәtindә saxtalığa tabe olmamaq üçün tәlxәk olmağa
üstünlük verir. Tәlxәklik onun dünyaya baxış sistemidir vә
dünya ilә özünәmәxsus әlaqә qurmaq imkanıdır: “Bәlkә dә,
tale adlanan şey bununla sәnәtimi, düşdüyüm vәziyyәti mәnә
bir daha xatırladırdı. Mәn tәlxәyәm. Rәsmi adım komik aktyor-
dur vә heç bir kilsәyә dә mәnsub deyilәm. İyirmi yeddi yaşım
var vә göstәrdiyim nömrәlәrdәn biri belә adlanır: “Gәlmәyim
vә getmәyim”.
Melanxoliya vә miqren ağrıları ona tez-tez әzab verir.
Fred kimi o da içki ilә ağrılarını azaltmaq, dәrdlәrini unutmaq
istәyir. Öz peşәsinә qayıda bilmir, çıxışlarını dayandırmalı
olur.