Page 15 - heynrix
P. 15
İ ROMAN

zasının üstündə yaşayırdıq, evimiz onun emalatxanasının se‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
ment damının üstündə idi, beş yaşım olanda anamın baş‐
maqlarını pinəçiyə artıq özüm gətirirdim. Kətilin üstündə 15
oturmuşdu, başı üzərindən hələ də İsanın çarmıxa çəkilməsini
təsvir edən şəkil, onun yanında da Müqəddəs Krispinin – əsl
pinəçiyə xas olan əllərində dəmir sacayaq tutmuş mehriban,
ağsaqqal qocanın portreti asılmışdı.

Ona əl verdim, dodaqları arasında mismar olduğundan
yalnız başını tərpədərək ikincı kətili göstərdi. Oturub, zərfi
cibimdən çıxardım. Vaqner tütün kisəsini, papiros kağızını
mənə tərəf itələdi. Ancaq öz siqaretim hələ də yanırdı.

– Çox sağ ol, – deyib zərfi ona uzatdım, – bəlkə...
Xırda mismarları dodaqlarının arasından götürdü, hansı‐
nınsa yapışıb qaldığını yoxlamaq üçün barmağını qalın dodaq‐
larına çəkdi:
– Yenə də arvadınıza nəsə tapşırığınız var... Olsun... ol‐
sun... – Başını bulayaraq zərfi götürüb davam elədi: – Çatdıra‐
ram... Nəvəm ibadətdən qayıdan kimi göndərərəm. Hardasa, –
saatına baxdı, – yarım saatdan sonra...
– Ona bu gün lazımdır... içində pul var, – dedim.
– Bilirəm...
Vaqnerə əl verib çıxdım. Pilləkənlə yuxarı qalxanda
fikirləşdim ki, gərək ondan pul istəyəydim, bir anlığa tərəddüd
etdim, ancaq sonuncu pilləni də qalxıb, adamların arasından
sivişərək təzədən küçəyə çıxdım.
Beş dəqiqədən sonra Benekamştrassedə avtobusdan
düşəndə hələ də yağırdı. Tarixi görkəmini saxlamaq üçün
qoruyucu dayaqlar vurulmuş uca, qotik üslublu evlərin arası
ilə yüyürməyə başladım. Yanmış evlərin pəncərələrindən
tünd‐qəhvəyi səma görünürdü. Onların yalnız birində adam
yaşayırdı. Özümü ön talvarın altına çatdırıb zəngi basdım.
Qulluqçu qızın qəhvəyi gözlərində bir vaxtlar evimizdə
gördüyüm, ancaq indi özümün də oxşamağa başladığım
adamların gözlərindəki iztirab vardı... O, paltomu və papağımı
alıb, ikisini də qapının ağzında çırpdı:
   10   11   12   13   14   15   16   17   18   19   20