Page 47 - heynrix
P. 47
İ ROMAN
gördüm. Əlimdə tutduğum yaylığa baxdım: çirkli idi, yaş idi... ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Serjin səsi mənə güllə kimi dəydi:
47
– Nə qədər lazımdır?
Telefonda “Üç Müqəddəs” kilsəsinin zənglərini eşitdim.
Bu səslər dəstəkdə dözülməz bir xışıltı yaratdı və mən
yavaşdan dedim:
– Əlli!
– Nə qədər?
– Əlli, – dedim və aldığım qəfil zərbədən diksindim.
Ancaq o, bunu qəsdən soruşmurdu. Həmişə belə olub: kim
mənim səsimi eşidirsə, üzümü görürsə, ondan pul istədiyimi
başa düşür.
– Saat neçədir? – soruşdu.
Köşkün qapısını açan kimi başını bulayan yaşlı bir qadının
deyingən sifətini gördüm, “Əczaçılar İttifaqı” şüarının başı
üzərindən vağzaldakı saata baxıb dəstəyə tərəf dedim:
– Səkkizin yarısı...
Serj yenə susdu və mən dəstəkdə kilsənin zəng səslərinin
yaratdığı boğuq xışıltını, eləcə də Baş Kilsənin vağzalı yarıb
keçən zənglərini eşitdim. Həmin anda Serjin səsi gəldi:
– Saat onda gəlin!
Qorxdum ki, dəstəyi tez asacaq, ona görə də tələsik
dilləndim:
– Alo, alo, cənab...
– Bəli! Nə olub ki?
– Nəyəsə ümid eləyə bilərəm?
– Bilərsiniz, – dedi, – hələlik...
Dəstəyi necə yerinə qoyduğunu eşitdim, mən də dəstəyi
asıb, köşkün qapısını açdım.
Qərara aldım ki, telefon üçün pula qənaət edim və otaq
axtarmaq üçün yavaş‐yavaş şəhərə tərəf getdim. Ancaq otaq
tapmaq çətin idi. Din xadimlərinin təntənəli yürüşünə çoxlu
əcnəbilər təşrif buyurmuşdu. Cərrahların, turistlərin sayı
azalmamışdı, özümüzün müxtəlif sahələrdən olan ziyalılarımız
da qurultaylara gəlmişdilər. Cərrahlar, filatelistlər, “Karitas”
xeyriyyə cəmiyyətinin üzvləri üçün hər il Baş Kilsənin kölgəsinə