Page 57 - heynrix
P. 57
İ ROMAN
nəsə bir yorğunluq, məmur laqeydliyi hiss olunur və bu da onu ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
məndən uzaqlaşdırır, həyəcanlandırır. Odessadan, Stavro‐
poldan, saysız‐hesabsız mehmanxanalardan zəng vuranda da 57
belə danışırdı. Bir də içməyə başlayandan bəri... Bütün bun‐
lardan sonra hər dəfə dəstəyi qaldıranda onun düyməni necə
basdığını, pulların kassaya düşdüyünü, axırda da səsini eşi‐
dəndə ürəyim titrəməyə başlayır. Hələ danışmağa başlamaz‐
dan əvvəl yaranan o laqeyd sükutun uğultusunu, öskürməyini,
sonra da telefonda səsinə necə nəvaziş qata bildiyini
demirəm...
Mən aşağı düşəndə sahibə qədimi mebellərin arasındakı
divanın bir küncündə oturmuşdu. Yazı stolunun üstü karton
sabun qabları, ağzına qədər qoruyucu vasitələrlə doldurulmuş
və çox qiymətli kosmetik mallar yığılmış taxta sandıqçalarla
dolu idi. Otaq ütülmüş qadın saçlarının qoxusuna bələnmişdi.
Şənbə günü səhərdən axşama qədər ütülmüş qadın saçlarının
dəhşətli iyi kabinələrdən keçib bura da gəlib çıxmışdı. Frau
Balunun özü isə pinti idi, heç saçını da daramamışdı. Kitabxa‐
nadan götürdüyü romanı açıb qarşısına qoysa da, oxumurdu,
çünki dəstəyi götürüb qulağıma aparan andan gözləri məndə
idi. Sonra heç geri qanrılmadan əlini divanın arxasına apardı,
oradan bir şnaps şüşəsi çıxardı, qədəhi ağzına qədər doldurdu,
yorğun gözlərini də məndən çəkmədi.
– Alo, Fred, – dedim.
– Kete! – Fredin səsi eşidildi. – Otaq tapdım... Pulum da
var...
– Çox yaxşı!
– Nə vaxt gəlirsən?
– Beşdə. Uşaqlara piroq bişirmək istəyirəm. Rəqsə
gedəcəyik?
– İstəsən, əlbəttə, gedərik! Buranın özündə rəqs olacaq.
– Sən hardasan ki?
– Holland mehmanxanasında.
– O hardadır?