Page 65 - heynrix
P. 65
İ ROMAN
baxmayaraq, iki ay idi ki, ər‐arvadlığımız mehmanxanalarda ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
olurdu. Havalar isti olanda isə parklarda, bəzən də uçub
dağılmış evlərin dəhlizlərində, şəhərin mərkəzində görüşür‐ 65
dük. Elə yerlərdə ki, başımızın üstünü kəsdirən olmasın.
Mənzilimiz çox balacadır, vəssalam! Üstəlik, bizi qonşuları‐
mızdan ayıran divarlar da çox nazikdir. Böyük mənzil üçün pul
lazımdır, enerji lazımdır, ancaq bizim nə pulumuz var, nə ener‐
jimiz. Heç arvadımın da enerjisi yoxdur.
Axırıncı dəfə şəhər kənarındakı qəsəbənin parkında
görüşmüşdük. Axşam idi, çöllərdən yenicə biçilmiş kəvər iyi
gəlirdi, uzaqlarda isə bacalardan qalxan qapqara tüstü qırmızı
rəngə çalan səmaya qalxırdı. Qaranlıq tez düşdü, səma
bənövşəyi rəng aldı, sonra qaraldı, bacalardan burum‐burum
qalxan tüstü görünməz oldu. Kəvər iyi acı soğan qoxusu kimi
tündləşdi. Lap uzaqdan, qum karxanasının arxasından işıq
gəlirdi və qarşıdakı yolda bir kişi velosipedlə harasa gedirdi.
Velosipedin işığı kələ‐kötür yolda oynayır, qaranlıq səmada
balaca bir hissəni üçbucaq şəklində işıqlandırırdı. Velosipedin
vintləri boş olduğu üçün cırıldayırdı, təkərüstü qoruyucuların
taqqıltısı sanki təntənə ilə uzaqlaşırdı. Bir az da uzaqlara
baxanda yolun kənarında gecənin özündən də qara bir hasar
gördüm, hasarın o tərəfində qazların qağıltısını, onlara
nəvazişlə dən verən bir qadının səsini eşitdim.
Qapqara torpağın üstündə Ketenin yalnız sifətini, bir də
gözlərini açarkən onlardakı qeyri‐adi mavi parıltını gördüm.
Çılpaq qolları dümağ idi, özü də bərkdən ağlayırdı. Öpəndə
göz yaşlarının dadını hiss etdim. Başım gicəlləndi, göy qübbəsi
yavaş‐yavaş yırğalanmağa başladı. Kete daha bərkdən ağla‐
mağa başladı.
Üst‐başımızı çırpıb, asta‐asta “doqquz”un axırıncı daya‐
nacağına tərəf getdik. Uzaqdan dövrə vuran tramvayın səsi
eşidildi, elektrik xəttindən qopan qığılcımlar göründü.
– Havalar soyuyur... – Kete dedi.
– Hə...
– Bu gecə harda qalacaqsan?
– Blokgildə.