Page 68 - heynrix
P. 68
HAYNRİX BÖLL

Ancaq bir dəfə şənbə günü günortadan sonra qapının
ağzında Keteni gözləyəndə Klemens də, Karla da məni gördü.
Üzlərində qəfil yaranan sevinc ifadəsini görəndə dəhşət məni
bürüdü. Üstümə atılıb qucaqladılar, soruşdular ki, bəlkə,
xəstələnib‐eləmişəm. Onlarla birlikdə yuxarı qalxdım. Ancaq
evimizin kandarına ayaq basan kimi məni qorxu hissi bürüdü,
kasıblığın o dəhşətli iyi üzümə vurduqca nə uşaqlarımın çalıb‐
oynamağa başlaması, nə körpənin üzündəki təbəssüm – sanki
məni tanımışdı – nə də arvadımın sevinci içimdə baş qaldıran
o kin‐küdurət dolu qəzəbi boğa bilmədi... Bu qəzəbi onların
üstünə tökməmək üçün evdən çıxıb getdim...

Ancaq meyxanalarda qalanda tez‐tez uşaqlarımın sifəti
pivə parçlarının, şüşələrin üstündə peyda olur və onları bu gün
səhər‐səhər təntənəli nümayişdə görərkən necə qorxduğumu
unuda bilmirəm...

Baş Kilsədə oxunan duanın son sözləri eşidiləndə çar‐
payıdan tullanıb qalxdım, pəncərəni açdım və dəstənin ara‐
68 sında addımlayan yepiskopun qırmızı sifətini gördüm...

Alt mərtəbədəki pəncərədə bir qadının qara saçlarını
gördüm. Deyəsən, pəncərəaltına söykəndiyi üçün üst‐başı toz‐
torpağa bulaşmışdı. Üzünü mənə çevirəndə sahibənin uzun‐
sov, piy kimi işıldayan sifətini gördüm.

– Yemək istəyirsinizsə, gəlin, vaxtdır, – dedi.
– Bəli, gəlirəm, – dedim.
Pilləkənlə aşağı düşəndə diş məcunu firmasının sahildəki
topları təzədən guruldamağa başladı...

VIII
Piroq yaxşı alınmışdı. Onu sobadan çıxaranda isti, şirin
qoxusu otağı bürüdü. Uşaqların kefi kökəldi. Klemensi qaymaq
almağa göndərdim, onu şprisə doldurub gavalı rəngli piroqun
üstündə cürbəcür xətlər, dairələr, fiqurlar çəkdim. Sonra
uşaqların artıq qalan qaymağı boşqabdan necə yaladıqlarına
tamaşa etdim, Klemensin onu aralarında necə halal böl‐
düyünü görəndə sevindim. Axırda bir qaşıq artıq qaldı, Kle‐
mens də onu balaca kətilində oturan körpəyə yedizdirdi,
   63   64   65   66   67   68   69   70   71   72   73