Page 72 - heynrix
P. 72
HAYNRİX BÖLL

bəbəklərinə zir‐zibil dolmuşdu. Ehtiyatla tozu üfürdüm,
yumurtaşəkilli yanaqlarını təmizlədim, qəflətən gördüm ki,
məlakənin təbəssümü gipsdən tökülüb, toz‐torpaqla bərabər
sehri də itib getdi, ancaq üfürməyə davam etdim, qıvrım
saçlarını, sinəsini, qırçınlı paltarını təmizlədim, zanbağı isə çox
ehtiyatla üfürdüm. Onun parlaq rəngləri seçilməyə başladıqca,
xurafat qoxulu bir sənayenin amansız parıltısını gördükcə
əhvalım pozuldu, geri dönüb yavaş‐yavaş içərilərə gedə‐gedə
elanları axtardım. Bir kibrit də yandırdım, baş tərəfdə əbədi
lampadanın titrək qızartısını gördüm, qara lövhənin qarşısında
dayananda diksindim: bu dəfə, doğrudan da, kimsə arxa
tərəfdən mənə yaxınlaşdı. Geri döndüm və keşişin avazımış
yumru kəndli sifətini görəndə gülümsəyərək dərindən nəfəs
aldım. Qarşımda dayandı, gözləri kədərli idi. Kibrit söndü və
qaranlıqda məndən soruşdu:

– Nəsə lazımdır?
– İbadət vaxtını öyrənmək istəyirəm, – dedim, – axşamlar
72 hardasa ibadət olur?
– Əsas ibadət Baş Kilsədə olacaq, saat beşdə...
Qaranlıqda yalnız onun getdikcə rəngini itirən sarışın
saçlarını, gözlərinin tutqun parıltısını görür, bayırdan isə tram‐
vay təkərlərinin xırçıltısını, maşınların uğultusunu eşidirdim.
Üzümü qaranlığa tutub dedim:
– Günahlarımı etiraf etmək istəyirəm!
Dediklərimdən özüm də diksindim, bununla belə, nəsə
bir yüngüllük duydum, keşiş də sanki bunu gözləyirmiş kimi
dedi:
– Gedək mənimlə!
– Xeyr, lütfən, burda...
– Burda olmaz, – keşiş mehribanlıqla dilləndi, – on beş
dəqiqədən sonra burda dua mərasimi başlayır, gələn‐gedən
olacaq. Tövbə yeri içəridədir.
Birdən‐birə məni kilsənin bu qaranlıq girişində, gipsdən
tökülmüş məlakənin yanında uzaqda közərən lampaya baxa‐
baxa keşişə hər şeyi pıçıltı ilə danışmaq, günahlarımın
bağışlandığını da pıçıltı ilə ondan eşitmək həvəsi yaranmışdı.
   67   68   69   70   71   72   73   74   75   76   77