Page 69 - heynrix
P. 69
İ ROMAN
əllərimi yuyub dodaqlarıma təzə boya çəkəndə üzümə baxıb ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
gülümsədi:
69
– Getdiyin yerdə çox qalacaqsan?
– Hə, sabah tezdənə qədər.
– Atam tez qayıdacaq?
– Hə...
Kofta ilə ətək mətbəxdəki dolabdan asılmışdı. Yan
tərəfdəki “kabinə”də paltarımı dəyişdim, uşaqlara baxmaq
üçün gələn cavan oğlanın addım səslərini eşitdim. Hər saatına
bir mark alır, deməli, günorta saat dörddən səhər yeddiyədək
on beş saat eləyir, yəni on beş mark verəcəyəm, üstəlik,
yeməyi də bizdən olacaq və gecə, necə deyərlər, sözün əsl
mənasında uşaqlara göz olacağı vaxt üçün radio cihazının
yanına siqaret də qoyulacaq. Bu cihazı Hopflar ailəsindən
müvəqqəti götürmüşük.
Deyəsən, uşaqların Bellermandan çox xoşları gəlir, hər
halda, oğlanı sevirlər və o, hər dəfə çıxıb gedəndən sonra söy‐
lədiyi nağıllardan, onlarla necə oynadığından ağızdolusu danı‐
şırlar. Bellermanı mənə kapellan məsləhət görüb, yəqin,
uşaqları onun yanında qoyub hara getdiyimdən də xəbəri var;
hər dəfə dodaqlarımı boyadığımı görəndə üz‐gözünü bir az
turşudur.
Koftanı geydim, saçlarımı qaydaya salıb otağa girdim.
Bellerman özü ilə sarışın bir qız da gətirmişdi və körpə artıq
onun qucağındaydı. Qız onun şıqqıldayan oyuncağını şəhadət
barmağına keçirib fırladır, bu da, deyəsən, uşağın xoşuna
gəlirdi. Bellerman qızı təqdim etdi, ancaq adı yadımda qal‐
madı. Təbəssümü, balaca ilə son dərəcə nəvazişlə davranması
peşəkar olmasından xəbər verirdi. Baxışlarından hiss etdim ki,
məni qəddar ana hesab eləyir.
Bellermanın qara qıvrım saçları, piy kimi işıldayan dərisi
vardı, burnu da həmişə qırışmış olurdu.
– Uşaqları gəzməyə çıxarmaq olar? – qız soruşdu və mən
Klemensin yalvarıcı baxışlarını, Karlanın başını tərpətdiyini
görüb razılıq verdim. Şokolad almaq üçün siyirmədən pul
götürdüm, ancaq qız etiraz etdi: