Page 71 - heynrix
P. 71
İ ROMAN

Fred gərək məni tək qoyub getməyəydi. Düzdür, onunla ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
görüşəcəyimə sevinirəm, ancaq Fredin yanında olmaq xatirinə
uşaqları tək qoymağımdan da dəhşətə gəlirəm. Hər dəfə 71
ondan harada qaldığını soruşanda da cavabdan yayınır, öz
deməsinə görə, yanlarında təxminən bir ay yaşadığı Blokgili
də tanımıram, ünvanı da vermir. Bəzən axşamlar kafelərin
birində yarım saatlığa tələsik görüşürük, onda da uşaqlara
sahibə baxır, sonra tramvay dayanacağında gizlincə qucaq‐
laşırıq, mən tramvaya minəndən sonra Fred yerindəcə dayanıb
qalır, mənə əl eləyir. Bəzən gecələr divanımızda uzanıb için‐
için ağlayıram. Uşaqların necə nəfəs aldıqlarını eşidirəm, diş
çıxardığı üçün narahat yatan, yerində qurcuxan körpəyə baxıb
elə ağlaya‐ağlaya da dua edirəm, zamanın boğuq bir şırıltı ilə
yanımdan axıb getdiyini eşidirəm. Biz evlənəndə iyirmi üç
yaşım vardı. Həmin vaxtdan on üç il keçıb, daha doğrusu, axıb
gedib, özüm də hiss eləməmişəm, ancaq bir şeyi bilmək üçün
uşaqlarımın üzünə baxmaq kifayət edir: onların ömrünün
üstünə gələn hər il mənim ömrümdən gedir...

Tukhofplatsda avtobusa mindim, sakit küçələrə baxdım,
hansısa siqaret köşkünün önündə bir neçə adam gördüm.
Benekamştrassedə düşüb, “Məryəm ananın yeddi dərdi”
kilsəsinə girdim ki, axşam ibadətinin vaxtını öyrənim.

Kilsənin girişi qaranlıq idi. Çantamın içinə dağılmış
siqaretlərin, dodaq boyasının, yaylığın arasında kibrit axtar‐
dım, nəhayət, qutunu tapıb, birini yandırdım və gördük‐
lərimdən dəhşətə gəldim: sağ tərəfdəki qaranlıq oyuqda
kimsə vardı. Təxminən salama oxşar nəsə demək istədim,
ancaq qorxudan səsim çıxmadı, ürəyim yerindən oynadı.
Qaranlıqdakı kölgə tərpənmirdi, ancaq əlində nəsə vardı,
əsaya oxşayırdı. Yanıb qurtarmış kibrit çöpünü tulladım,
təzəsini yandırdım və görəndə ki, oradakı heykəldir, qəlbimin
çırpıntısı yenə də kəsilmədi. Bir addım da irəli getdim, zəif
işıqda əlində zanbaq gülü tutmuş qıvrımsaç məlakənin daş
heykəlini gördüm. O qədər əyildim ki, sifətim, az qala, sinəsinə
toxundu, uzun‐uzadı onun sir‐sifətinə tamaşa elədim. Üzünü,
saçlarını toz‐torpaq basmışdı, onsuz da, heç nə görməyən göz
   66   67   68   69   70   71   72   73   74   75   76