Page 76 - heynrix
P. 76
HAYNRİX BÖLL
edin... Əgər... – təzədən üzümə baxdı, – əgər günahlarınız
bağışlanarsa...
Yenə susdu, sanki fikrə getdi və bildiyim bütün duaları,
yalvarışları ürəyimdə təkrar etmək istəyəndə tramvay
parkındakı qaynaq cihazının fışıltısı, bir də kilsə zəngləri
eşidildi. Beşə on beş dəqiqə işləyirdi...
– Bilmirəm, mən sizin günahlarınızı bağışlaya bilərəm,
ya yox... Gərək gözləyək. İlahi, – o, səsini ucaltdı, gözlərindəki
ciddilik yox oldu, – siz niyə bu qədər nifrət edirsiniz?! – Sonra
da ümidsizliklə mənə baxdı. – Mən sizə xeyir‐dua verə bilərəm,
ancaq bağışlayın, gərək bir az fikirləşəm, bəlkə də, həmkar‐
larımdan biri ilə məsləhətləşəm. Bu axşam... yox, alınmır, axı
ərinizlə görüşməlisiniz. Çalışın ki, əriniz yanınıza qayıtsın.
Günahlarımı bağışlamaq istəmədiyinə çox kədərləndim.
– Xahiş edirəm, günahlarımı bağışlayın.
Əlini azacıq yuxarı qaldırıb dedi:
– Özüm də istərdim ki, bunu eləyə bilim, çünki çox
76 arzulayırsınız, ancaq, doğrudan da, tərəddüd edirəm. Kiməsə
nifrətiniz qaldı?
– Xeyr, xeyr, – tələsik dilləndim, – indi yalnız kədər‐
lənirəm...
Deyəsən, tərəddüd içində qalmışdı, mən də nə edəcə‐
yimi bilmirdim. Bəlkə, bir az da üstünə getsəydim, bunu edər‐
di, ancaq mən, doğrudan da, günahlarımın xahiş‐minnətsiz
bağışlanmasını istəyirdim.
– Bir şərtlə, – deyə gülümsədi. – Günahlarınızı bir şərtlə
bağışlayaram... Ancaq özüm də inanmıram... Mənim gücüm
çatsaydı... onda... siz öz nifrətinizlə... axı biz nifrət edə
bilmərik... Xeyr... – əsəbi halda başını yırğaladı, sonra onu sto‐
lun kənarında qatladığı əllərinin arasına aldı, dua etdi,
qəflətən ayağa durdu və ... günahlarımı bağışladı. Mən də xaç
çəkib yerimdən qalxdım.
Stolun arxasında dayanıb mənə baxırdı, danışmağa
başlamamışdan əvvəl birdən‐birə ona yazığım gəldi.