Page 80 - heynrix
P. 80
HAYNRİX BÖLL
Bir‐iki addım geri çəkilib uşaqların yanındakı stolun arxa‐
sında oturdum.
– Qəhvə də olacaq? – qız soruşdu.
– Bəli, – dedim, – lütfən...
Yaşlı kişi boşqaba üç kökə qoyub gətirdi. Yanımda dayanıb
qaldı.
– Çox sağ olun, – dedim, – axı siz məni heç tanımırsınız!
Təbəssümlə üzümə baxdı, arxasında tutduğu əllərini
qeyri‐müəyyən tərzdə qarnında çarpazlayıb:
– Narahat olmayın... – dedi.
Başımla hələ də qapının astanasında oturan ağıldankəm
uşağı göstərib soruşdum:
– Sizin oğlunuzdur?
– Oğlumdur... O da qızımdır, – deyə əli qəhvəbişirən
maşının dəstəyində olan qızı göstərdi.
– Oğlum insanların dilini bilmir, heç heyvanlarınkını da
bilmir... Bircə söz də deyə bilmir. Yalnız “dsu‐dsa‐dse” deyir, –
80 bu səsləri çıxarmaq üçün çölə çıxardığı dili yenə də ağzında
görünməz oldu. – Biz də onu yamsılayırıq, ancaq bacarmırıq,
“su‐sa‐se” deyirik. Bacarmırıq... – Səsini bir az ucaltdı: – Bern‐
hard! – Oğlan başını ağır‐ağır geri döndərdi, ancaq tez də
əvvəlki vəziyyətinə qayıtdı. Qoca yenə səslədi: – Bernhard! –
Uşaq yenə geri döndü, başı yenə sinəsinə düşdü. Qoca durub
ona tərəf getdi, əlindən tutub ehtiyatla stola yaxın gətirdi.
Yanımdakı boş stulda əyləşib uşağı qucağına aldı və astadan
soruşdu:
– Yoxsa iyrənirsiniz? Düzünü deyin.
– Xeyr, – dedim, – iyrənmirəm.
Həmin anda qızı qəhvəni gətirib qarşıma qoydu, özü də
atasının yanında dayandı.
– Əgər iyrənirsinizsə, deyin, xətrimizə dəyməz, çox adam
iyrənir...
Uşaq kök idi, üz‐gözü bulaşmışdı, baxışlarını uzaqlara
zilləmişdi, öz‐özünə “dsu‐dsa‐dse” deyirdi. Onu diqqətlə
süzdüm, sonra başımı qaldırıb dedim: