Page 82 - heynrix
P. 82
HAYNRİX BÖLL
səsidir... Bəlkə də, qol yoğunluğunda simlərdən çıxan səslər
ona “gəl‐gəl” deyir, sonra da yox olub gedir.
Qoca uşağı qolları arasına alıb qucağında oturtmuşdu,
heyranlıqla qıza qulaq asır, oğlanın ağzından axan şəkər tozu
qarışıq marmeladın köynəyinin qollarına töküldüyünə fikir ver‐
mirdi. Qəhvədən bir qurtum alıb ikinci kökəni dişlədim, yavaş‐
ca qızdan soruşdum:
– Bunları hardan bilirsiniz?
Qız üzümə baxıb gülümsədi:
– Ah, mən bunları bilmirəm... Bəlkə də... Axı onda bizim
bilmədiyimiz nəsə olmalıdır... Çalışıram ki, təsəvvürümə
gətirim... Bir də görürsən, heç nədən qışqırdı, yanıma qaçdı,
göz yaşları önlüyümə axdı... özü də lap qəfildən... qapının
ağzında oturanda. Onda fikirləşirəm ki, birdən‐birə hər şeyi
bizim gördüyümüz kimi görür... Özü də qəfildən, yarımca
saniyəliyə. Onda yaman qorxur... İnsanları, maşınları, relsləri
bizim gördüyümüz kimi görür, səslərini eşidir... Onda lap çox
82 ağlayır.
Küncdə oturan uşaqlar ayağa durdular, boşqabları geri
itələdilər, yanımızdan keçib‐gedəndə yaşıl papaqlı dilavər qız
dedi:
– Anam dedi, nisyə dəftərinə yazsın.
– Oldu, – deyə qoca onların arxasınca gülümsədi.
– Arvadınız... – yavaşdan soruşdum, – onun anası ölüb?
– Bəli, ölüb... Küçədə bomba onu parça‐parça eləyib,
qucağındakı uşağı da saman yığınlarının üstünə tullayıb.
Tapılanda qışqırırmış...
– Anadangəlmə belədir? – kəkələyə‐kəkələyə soruşdum.
– Anadangəlmədir, – qız cavab verdi, – həmişə belə olub.
Heç nəyə fikir vermir, yalnız bizim səsimizi, kilsədəki orqanların
səsini, bir də rahiblər xorla dua oxuyanda onların səsini eşidir.
Yeyin, yeyin... Deyəsən, iyrəndiniz...
Sonuncu kökəni götürüb başımı buladım və soruşdum:
– Deyirsiniz, rahiblərin səsini eşidir?
– Bəli, – qız mehribanlıqla üzümə baxdı, – yəqin, onların
səsini eşidir. Həmişə Bildonerplatsda... oranı tanıyarsınız...