Page 86 - heynrix
P. 86
HAYNRİX BÖLL

Yenə aşağı – meyxanaya düşdüm, ancaq oğlanlar hələ də
avtomatın qarşısında idilər. Deyəsən, onlardan birinin cibi
xırda pulla dolu idi, çünki pencəyin o tərəfi aşağı sallanmışdı,
özü də sağ əli onları qarışdırırdı. Başında ovçu papağı olan kişi
də burada idi, pivə içə‐içə qəzet oxuyurdu. Bir qədəh də şnaps
içdim, kətilin üstündə oturub illüstrasiyalı jurnalı vərəqləyən
sahibənin şumal sifətinə baxdım.

Təzədən yuxarı qalxıb çarpayıya uzandım, siqaret çəkdim,
Kete, uşaqlar, müharibə, keşişlərin dediyinə görə cənnətdə
olan iki balam barədə düşündüm. Mən hər gün bu uşaqları
düşünürəm, ancaq indi lap çox düşündüm. Məni tanıyanların
heç biri, hətta Ketenin özü də onlar barədə tez‐tez düşün‐
düyümə inanmaq istəmir. Hamısı mənə atasından qalmış
pulların axırına çıxandan sonra hər üç ildən bir peşəsini də‐
yişən, ailəsinə biganə olan, əlinə pul düşən kimi sərxoşluq
edən bir hərdəmxəyal, yaşa dolduqca da düzəlməyən bir
adam kimi baxır.
86 Əsl həqiqətdə isə, mən nadir hallarda sərxoş oluram. Özü
də hər ay yox. Elə olur ki, üç ayda bircə dəfə möhkəm içib
keflənirəm, hərdən də özümdən soruşuram: görəsən, bu
adamlar içmədiyim günlərdə mənim hansı işlə məşğul ol‐
duğum barədə nə düşünürlər, yəni otuz günün iyirmi doq‐
quzunda neyləyirəm?! Çoxlu gəzirəm, ancaq həm də bir az pul
qazanmağa çalışıram, məktəb illərindən beynimdə qalmış
bilikləri eşələyib, onları gimnaziyanın aşağı siniflərində oxuyan
binəva şagirdlərə satıram. Şəhərdə veyillənirəm, çox vaxt
qəsəbələrə qədər gedib çıxıram, qapısı açıq olan qəbiristan‐
lıqlara girirəm. Başları hamarlanmış kolların, tərtəmiz ləklərin
arası ilə gəzirəm, lövhələrdəki adları oxuyuram, qəbiristanlığın
qoxusunu içimə çəkir, özümün də nə vaxtsa burada uzana‐
cağımı düşünəndə qəlbimin necə titrədiyini hiss edirəm.
Əvvəllər, pulumuz olan vaxtlarda tez‐tez səyahətə çıxardıq.
Mən o qərib şəhərlərdə də, harada qalmağımızdan asılı olma‐
yaraq, indi elədiklərimi edərdim: mehmanxanalardakı
çarpayılarda uzanar, siqaret çəkər, ya da hara gedəcəyimi
bilmədən gəzməyə çıxar, hərdən kilsələrə girər, uzaq qəsə‐
   81   82   83   84   85   86   87   88   89   90   91