Page 89 - heynrix
P. 89
İ ROMAN
edəcəyi günü gözləyirdi. Mən bunu başa düşür və unutmur‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
dum: bütün insanlar ölməlidir. Tanıdıqlarımın çoxu da ölürdü,
heç kəs də məni onların dəfn mərasimində iştirak etməkdən 89
çəkindirə bilmirdi.
Bəlkə, ölüm haqqında çox fikirləşirəm, məni içki düşkünü
hesab eləyənlər də yanılırlar. Hansı işin qulpundan yapışsam,
bezirəm, darıxıram, mənə mənasız görünür. Ketedən, uşaq‐
lardan ayrıldığım gündən qəbiristanlığa tez‐tez getməyə
başlamışam. Çalışıram ki, dəfn mərasimlərinə gecikməyim:
tanımadığım adamların tabutlarının arxasınca gedir, söylənilən
vida nitqlərinə qulaq asır, dəfn öncəsi keşişin mızıldadığı
duanın bəzi yerlərini təkrarlayır, qəbrə torpaq atır, dua edir,
pulum olanda da əvvəlcədən gül dəstəsi alır, gülləri tək‐tək
tabutun üstünə qalanmış yumşaq torpağa düzürəm. Sonra
onun ağlaşan yaxınlarının yanından keçib‐gedirəm, elə də olub
ki, məni ehsana dəvət ediblər. Tanımadığım adamlarla bir
stolun arxasında oturub pivə içmişəm, içində kolbasa olan
salat yemişəm, ağlaşan qadınlar boşqabımı ağzınacan doldu‐
rublar, siqaret çəkmişəm, şnaps vurmuşam, tabutundan başqa
heç nəyini görmədiyim adamların həyatı haqqında danışılan‐
lara qulaq asmışam. Hətta şəkillərini də mənə göstəriblər.
Keçən həftə gənc bir qızın dəfn mərasimində iştirak etdim,
sonra da köhnə dəbli restoranın bir küncündə atası ilə yanaşı
oturdum. Elə bildi, qızının ondan gizlətdiyi sevgilisiyəm. Mənə
şəkillərini göstərdi. Qəşəng bir qızın şəkillərini. Xiyabanın girə‐
cəyində motorollerin üstündə çəkdirmişdi, külək də saçlarını
yellədirdi.
– Lap uşaq idi, – atası dedi, – məhəbbətin nə olduğunu
da bilmirdi...
Onun qəbrinin üstünə gül düzmüşdüm, indi isə atasının
göz yaşlarına baxırdım. Ağzındakı siqarı yalnız bircə anlığa boz
rəngli külqabıya qoydu ki, gözlərinin yaşını silsin...
Özümü sınadığım cürbəcür işlərin heç birinə həvəsim
olmadı, hər hansı peşəyə, doğrudan da, sahib olmağa cid‐
diliyim çatmadı. Müharibədən əvvəl uzun zaman müxtəlif