Page 92 - heynrix
P. 92
HAYNRİX BÖLL
mən bunu fikirləşəndə sanki olmamış bir şey haqqında düşü‐
nürəm: dörd otaq, hamam, səliqə‐sahman... Klemensin ayrı
otağı vardı, divarlarına üstündə Vilhelm Buşun nağıl qəhrə‐
manları Maksla Moritsin şəkilləri olan kağız çəkilmişdi, halbuki
onda çox balaca idi, o şəkillərin mənasını anlamırdı. Ancaq
böyüyəndə, şəkillərin mənasını anlamağa başlayanda artıq
bina da, divarlarında Maksla Moritsin şəkilləri olan otaq da
yox idi və Fredin o vaxt qarşımda necə dayandığı hələ də
gözlərim önündən çəkilmir: əllərini xaki rəngli əsgər şalvarının
cibinə qoyub sakitcə tüstülənən xarabalığa baxırdı. Sanki nələr
baş verdiyini başa düşmür, hiss eləmirdi. Elə bil daha bizim
pal‐paltarımızın, mebelimizin, ümumiyyətlə, heç nəyimizin
qalmadığını dərk etmirdi. Üzümə elə baxırdı ki, deyərdin, bu
adamın heç vaxt heç nəyi olmayıb. Ağzındakı siqareti dama‐
ğıma qoydu, mən ilk qullabı vuranda cingiltili gülüşüm
ağzımdan çıxan tüstüyə qarışdı...
Pəncərəni tam açıb, siqaretin kötüyünü həyətə atdım.
Oradakı zibil vedrələrinin arasında sapsarı böyük bir gölməçə
92 vardı, siqaret ora düşüb cızıltı ilə söndü. Vağzala qatar girdi,
diktorun səsi eşidildi, ancaq sözləri anışdıra bilmədim.
Baş Kilsənin zəngləri çalınanda Fred oyandı. Pəncərənin
şüşələri bu səsdən cingildəyib titrədi, onlarla bərabər metal
pərvaz da titrədi, pərdə astadan xışıldadı.
Fred qımıldanmadan, dinmədən üzümə baxıb köksünü
ötürdü və bildim ki, yavaş‐yavaş ayılır.
– Fred! – dedim.
– Hə, – deyib məni özünə tərəf çəkdi, öpdü. Sonra qucaq‐
laşdıq, bir‐birimizə baxdıq. Başımı əlləri arasına alıb sınayıcı
nəzərlərlə üzümə baxanda gülümsədim.
– İbadətə getməliyik, – dedim, – yoxsa sən orda olubsan?
– Yox, ikicə dəqiqə oldum, xeyir‐dua verilən yerinə çat‐
dım.
– Onda gedək.
Çarpayıda ayaqqabılı uzanmışdı, üstünü də örtməmişdi.
Gördüm üşüyür. Ləyənə su tökdü, üzünü yuyub, quruladı, pal‐
tosunu stulun başından götürdü.