Page 96 - heynrix
P. 96
HAYNRİX BÖLL
Boşqabları geri itələyib təşəkkür etdik və oradan aralan‐
dıq. Yenə Fredin qoluna girdim, yavaş‐yavaş köşklərin arası ilə
veyillənməyə başladıq. Boş tənəkə qutularını adamın gözünün
içinə baxa‐baxa irişən gəlinciklərə atırdım, qutunun onlardan
hansınasa dəyməsi, onun da arxadakı qəhvəyi rəngli meşin
kisəciklərə toxunması, meşinin gerisində görünməyən yayın
onu təzədən yerinə itələməsi mənə ləzzət eləyirdi. Bilə‐bilə
kiminsə şirin dilinə aldanıb bir lotereya aldım, gah fırlanan oxa,
gah da oyuncaqlara – sarı rəngli ayı balalarına baxdım, elə
bildim uşaqlıqdan arzusunda olduğum o ayı balalarından birini
udacağam. “Bəxt lövhəsi”nin oxu fırlana‐fırlana yavaşıdı,
mənim nömrəmə az qalanda dayandı və mən heç nə ud‐
madım...
Özümü yelləncəyin balaca oturacağına atdım, mənə tərəf
uzanmış çirkli ələ iki dənə onpfenniqlik basdım, yavaş‐yavaş
yuxarı qalxmağa başladım. Lap yuxarılara – yelləncəyin taxta
dayağı arxasında “gizlənmiş” orkestrionun başı üzərinə
96 qalxdım, onun kəskin melodiyası “üzümə vurdu”. Baş Kilsənin
sanki xarabalıqlar içindən baş qaldıran qülləsini, lap uzaqlarda
isə sıx, yamyaşıl kol‐kosu, üstündə gölməçələr dayanmış çadır
damları gördüm. İyirmicə pfenniqə məni göylərdə fırladan
yelləncəyin ağuşunda sanki günəşə qovuşmuşdum və ona
“toxunduqca” şüaları zərbə kimi üzümə dəyirdi. Yelləncəkdən
qopan vıyıltını, qadınların qışqırtısını eşidir, meydançada
qaynaşan adamların qaldırdığı tozu görür, sanki mənimlə bir
yerdə fırlanan piy qoxusunu hiss edirdim. Axırda yelləncəyin
taxta pilləkənləri ilə səndələyə‐səndələyə aşağı düşəndə
özümü Fredin qolları arasına atdım, yalnız “Ah, Fred!” deyə
bildim. Sonra on pfenniq verib taxtadan quraşdırılmış səhnədə
rəqs etdik. Çevik hərəkətlərlə ombalarını oynadan yeniyetmə‐
lərin arasında Fredlə bir‐birimizə sığınmışdıq, rəqsin ahənginə
uyğun hər dəfə Fredlə fırlananda şeypur çalanlardan birinin
şişman, şəhvət yağan sifətini görürdüm. Əlindəki alət çirkli
yaxalığının bir tərəfini tutmuşdu, hər dəfə üzüm o tərəfə
olanda başını qaldırır, mənə göz eləyir, şənimə şeypurla qıy
vururdu.