Page 100 - heynrix
P. 100
HAYNRİX BÖLL

axşamlar özlərini miskin içki düşkünlərinin qolları arasına
atırlar. Onlar da özləri ilə evə meyxanaların qoxusunu, pencək‐
lərinin cibində isə iki əzik‐üzük siqaret gətirirlər. Qucaqlaşma
qurtarandan sonra qaranlıqda həmin siqaretləri bir yerdə
çəkirlər. Ah, mən o qadınlara nifrət edirdim... Allah buna görə
günahımdan keçsin... Mənə bir siqaret ver, Fred!

Qutunu tez cibindən çıxarıb mənə tərəf tutdu, özü də
birini götürdü. Kibrit alışanda mən fırlancağın yaşıl rəngə
boyanmış alaqaranlığında onun necə yazıqlaşdığını gördüm.

– Danış, danış, – dedi, – xahiş edirəm, danış...
– Bəlkə, hamilə olduğuma görə də ağlayıram...
– Hamiləsən?
– Bəlkə də... Özün bilirsən, uşağa qalanda halım necə
olur. Bəlkə, qalmamışam. İnanmıram ki, hamiləyəm. Yoxsa,
fırlancaqda halım pisləşərdi. Hər gün dua edirəm ki, uşağa
qalmamış olum. Yoxsa, sən uşaq istəyirsən?
– Yox! Yox! – o, tələsik dilləndi.
100 – Ancaq uşaq olacaqsa, onu sən əkibsən, Fred, – dedim,
– belə şeyləri eşitmək çox pisdir. Deməyimə də peşman
oldum...
O dinmədi, yalnız üzümə baxdı, siqareti sümürə‐sümürə
arxaya söykəndi, sonra bircə bunları dedi:
– Danış... Xahiş edirəm, danış... Hər şeyi de...
– Bir də ona görə ağlayıram ki, uşaqlar çox mağmınlaşıb.
Elə sakit dururlar ki, Fred... Onların belə itaətlə dərsə getmə‐
ləri, məktəbə necə ciddi yanaşdıqları, ev tapşırıqlarını necə
səliqə ilə yerinə yetirdikləri məni yaman qorxudur... Yoxlama
işləri haqqındakı o mənasız boşboğazlıqlardan çox qorxuram.
Demək olar ki, onlar yaşda olanda öz dediyim sözlərin eynidir.
Bu, dəhşətdir, Fred! Tavada qızaran ət parçasının qoxusunu
hiss edərkən necə sevinmələri, səhər‐səhər çantalarını necə
yığmaları, sonra da çiyinlərinə keçirib, ciblərinə buterbrod
dürtmələri... Tez‐tez dəhlizə çıxıram, Fred, pəncərənin
qabağında dayanıb gözdən itincəyə qədər onların arxasınca
baxıram... Kitabların ağırlığından çiyinləri bir az qısılır. Tinə
qədər bir yerdə gedirlər, sonra Klemens dönür, Karlanı isə bir
   95   96   97   98   99   100   101   102   103   104   105