Page 105 - heynrix
P. 105
İ ROMAN
– Tanımırsan? Atangil yaşayan binanın alt mərtəbəsində ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
qalırdılar, özlərinin də dəftər‐kağız mağazaları vardı.
105
– Hə, onları deyirsən... Kişinin çox gülməli sarışın saçları
vardı, özü də siqaret çəkmirdi. Onların yanında qalırsan?
– Bir aydır ki, onların yanında qalıram. Pivəxanada rast‐
laşdıq, sərxoş idim, evinə apardı. Elə həmin gündən orda qa‐
lıram.
– Yer çatır?
O susdu. Yanımızdakı balaqanı açdılar, kimsə dalbadal
çəkiclə sincə vurdu, meqafondan xırıltılı səs eşidildi:
– Diqqət! Diqqət! Yalnız kişilər üçün...
– Fred, – dedim, – sualımı eşitmədin?
– Eşitdim. Blokgildə yer çoxdur. On üç otaqları var.
– On üç otaq?
– Elədir... Qoca Blok bu evin gözətçisidir. Üç aydır ki,
boşdur... Hansısa ingilisindir. Mən bilən, adı Stripperdir... Ya
generaldır, ya qanqster... Ola bilsin, həm ondandır, həm bun‐
dan. Bəlkə də, heç birindən deyil... Dəqiq bilmirəm. Üç ay
əvvəl çıxıb gedib, Blokgil də evə baxırlar. Gərək çəmənliklərə
qulluq edələr ki, qışda da hamar, gözəl olsun. Qoca Blok hər
gün əlində dırmıq, otbiçən maşın bağa gedir, hər üç gündən
bir çoxlu süni gübrə gətirirlər. Sənə ev deyirəm eeey! Çoxlu
hamam otaqları var... Mən bilən, dörd dənədir... Hərdən mənə
də çimməyə icazə verirlər. Çoxlu kitabları olan kitabxanası da
var... Mədəniyyətdən başım çıxmasa da, kitablardan bir az
çıxır. Əntiqə kitablardır! Qadın salonu – heç bilmirəm, adına
nə deyirlər – da var. Hələ siqaret çəkmək üçün otaq, yemək
otağı, it üçün otaq, yuxarıda iki yataq otağı... Biri o qanqsterdir,
nədir, onun üçün, biri də arvadı üçün... Üç otaq da qonaqlar
üçün. Əlbəttə, mətbəxlər... İkisi, üçü...
– Danışma, Fred, – dedim, – xahiş edirəm, daha danışma.
– Yox, danışacam. Sənə bu barədə heç vaxt heç nə
deməmişəm, əzizim, çünki əzab vermək istəməmişəm...
Ancaq indi axıracan qulaq assan yaxşıdır. Sənə evdən danı‐
şıram... Həmişə yuxuma girir... Onu unutmaq üçün içirəm...
Hətta sərxoş olanda da unuda bilmirəm... Neçə otaq saydım?