Page 108 - heynrix
P. 108
HAYNRİX BÖLL

– Blokun sözlərinə görə, qadın lezbiyandır.
– Ah, Fred, sən susmayacaqsan? Mehmanxanaya get‐
məyək?
– Bircə dəqiqə, – dedi, – bircə dəqiqə də qulaq as, qur‐
tarıram, sən də bil ki, mən harda, necə yaşayıram. Bəzən
yepiskop axşamlar ora gəlir. Yeganə adamdır ki, bu evə gəlib‐
gedə, Dantenin bütün kitablarından istifadə edə bilər. Bloka
tapşırıblar ki, onun üçün lazım olan şəraiti yaratsın, otağı
qızdırsın, pərdələri çəksin. Mən onu, yəni yepiskopu bir neçə
dəfə orda görmüşəm: üzündə sakit bir xoşbəxtlik ifadəsi,
əlində kitab, yanında çaydan, qeyd dəftərçəsi, karandaş.
Sürücüsü bizimlə zirzəmidə oturub qəlyan çəkir, hərdən də
çıxıb maşına baxır. Getmək vaxtı çatanda yepiskop zəngi basır,
sürücü tez maşına tərəf qaçır, Blok da bayıra çıxır, bu “xeyirxah
insan”la bir‐iki kəlmə kəsir, çaypulunu alır... Vəssalam! İndi
istəyirsənsə, gedək. Getmək istəyirsən?
Başımı yırğaladım, çünki danışa bilmirdim, yaş məni
108 boğurdu. Çox yorğun idim, bayır isə hələ də günəşli idi və
mənə elə gəldi ki, Fredin dediklərinin hamısı yalandır, çünki
səsindəki nifrəti aydınca hiss edirdim. Yanımızda yenə meqa‐
fon səsləndi:
– Cənablar, Manuelanı görməyə, onun səsini eşitməyə
hələ vaxtınız var. O, öz şirinliyi ilə ürəyinizi yerindən oynada‐
caq!
O biri tərəfdən kiminsə fırlancağa dırmaşdığını eşitdik.
Fred üzümə baxdı. Çadırın ortasında bir qapı açılıb‐örtüldü,
kimsə işığı yandırdı və fırlancağın ortasından musiqi səsi
eşidildi. Hər tərəf işıqlandı, çünki görə bilmədiyimiz bir adam
çadırı yığışdırmağa başladı. Ortada pəncərə açıldı, solğun
bənizli, uzunsov sifətli bir kişi bizə baxıb dedi:
– Cənablar fırlanmaq istəyirlər? İlk gediş havayıdır.
O, papağını başından götürdü, sarışın saçları alnına
dağıldı, peysərini qaşıdı, papağı təzədən başına qoydu, məni
sakitcə süzməyə başladı. Gülümsəsə də, üzündə kədər vardı,
Fredə tərəf dönüb dedi:
   103   104   105   106   107   108   109   110   111   112   113