Page 113 - heynrix
P. 113
İ ROMAN

Hərəsində qırmızı rəngli iri bir bayraq dalğalanırdı, hamısının ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
da üstündə “Qriss qoruyucuları – səni istəmədiyindən qo‐
ruyur!” yazılmışdı. Onlar Baş Kilsənin qüllələri yanından keçib, 113
vağzalın damına, yerə enirdilər. Uşaqlardan kimsə onlardan
birini tutanda qışqırışırdılar.

– Nə olub? – çarpayıdan Ketenin səsi eşidildi.
– Heç nə, reklam zarafatlarıdır...
Qəflətən səmada bir eskadrilya təyyarə peyda oldu.
Dəhşətli uğultu qopdu. Onlar evlərin üstü ilə alçaqdan uçur,
bomboz qanadları yırğalanır, mühərriklərinin gurultusu sanki
ürəyimizə tuşlanır, hədəfə də çatırdı: gördüm ki, Kete titrə‐
məyə başladı, tez yanına qaçıb əlindən tutdum.
Təyyarələr şəhərin üstündə dövrə vuraraq sakitcə çıxıb
getdilər, uğultuları görünməyən üfüqə qarışıb yox oldu,
şəhərin başı üzərindəki səma yavaş‐yavaş yerə enən qırmızı
quşlarla doldu. Onlar qürub edən günəşin qızılı saçaqları kimi
səmanı al rəngə boyamışdılar və evlərin bərabərinə çatanda
gördük ki, iri, qırmızı rəngli rezin quşlardır: boynubükük
hacıleyləklər idi, ayaqları yellənə‐yellənə qanad çalırdılar, süst
başları aşağı əyilmişdi, elə bil dar ağacından asılmış bir bölük
adam göydən yerə gəlirdi, elə bil qırmızı, iyrənc rezin buludlar
alaqaranlıqda sakit‐sakit süzürdü. Küçələrdən isə uşaqların şən
səsləri eşidilirdi.
Kete sakitcə əlimi sıxdı, əyilib onu öpdüm.
– Fred, – yavaşdan dedi, – mən borca düşdüm...
– Eybi yoxdur, mən də borc almışam.
– Borcun çoxdur?
– Hə, çoxdur... Bu zəmanədə heç kim borc vermir. İndi üç
yüz minlik şəhərdə əlli mark borc tapmaqdan çətin heç nə yox‐
dur. Bu barədə düşünəndə tər məni basır.
– Axı sən dərs deyirsən.
– Elədir, ancaq çox da siqaret çəkirəm.
– Yenə içirsən?
– Hə, ancaq tez‐tez içmirəm, əzizim. Sizin yanınızdan
gedəndən sonra ikicə dəfə sərxoş olana qədər içmişəm. Çox‐
dur?
   108   109   110   111   112   113   114   115   116   117   118