Page 110 - heynrix
P. 110
HAYNRİX BÖLL
– Nəsə gətirim? – Fred astadan soruşdu. – Bəlkə, qəhvə
alıb gətirim, vağzal yaxındadır.
– Yox, – dedim, – yanımda qal. Yəqin, indi durub gedə
biləcəm. Yanımda ol, Fred!
– Yaxşı, – deyə əlini alnıma qoydu.
Yaşıl rəngli divara baxdım, üzərindəki sınıq heykəlin
yerində qalmış qırmızı ləkələr gördüm, orada yazılmış sözləri
oxuya bimədim, çünki yavaş‐yavaş fırlanmağa başladım. Sanki
bir dairənin içində ayaq üstə dayanmışdım, bədənim getdikcə
daha sürətlə fırlanırdı. Təxminən, sirkdə olduğu kimi idi, elə
bil cüssəli qladiator nazikbədən bir gözəlin ayaqlarından tutub
fırladırdı.
Əvvəlcə üstündə sınmış heykəlin ləkələri qalan yaşıl
rəngli divarı, divarla üzbəüzdəki pəncərə yerindən düşən
dümağ işığı görürdüm, gözlərim önündə yaşıl, ağ rənglər
oynaşırdı. Sonra rənglər bir‐birinə qarışıb seçilmədi, yalnız onu
hiss etdim ki, gözlərim önündə nəsə rəng qarışığı fırlanır, ya
da mən onun başına dolanıram. Getdikcə daha sürətlə
110 fırlanmağa başladıq, rənglər bir‐birinə qarışdı və mənə elə
gəldi ki, rəngsiz bir parıltının içində döşəmə ilə bir yerdə
fırlanıram. Sonra sürət azaldı, hiss etdim ki, elə bayaqkı yerim‐
də uzanmışam, ancaq, deyəsən, başım hərlənirdi, hərdən də
sanki bədənimin üstündə deyil, yanında olurdu, gah da
ayaqlarımın böyründə; başım yalnız hərdən öz yerinə – boynu‐
mun üstünə qayıdırdı.
Elə bil o, bədənimin ətrafında dolaşırdı, ancaq belə ola
bilməzdi. Əlimlə çənəmi yoxladım, hiss etdim ki, yerindədir.
Hətta başımın ayaqlarımın yanında olduğunu düşünəndə də
çənəmin yerində olduğunu hiss edirdim. Deyə bilməzdim,
bəlkə də, gözlərim o tərəfə, bu tərəfə çevrilirdi. Bircə onu
dəqiq bilirdim ki, ürəyim bulanır, barometrdə olduğu kimi,
kəskin bulantı boğazımla yuxarı qalxır, sonra təzədən aşağı
düşürdü. Gözlərimi yummağın da xeyri olmurdu, yumanda
hiss edirdim ki, yalnız başım hərlənmir, sinəm, ayaqlarım da
ona qoşulur, əsl balet səhnəsi yaranır və onda da ürəyim daha
çox bulanmağa başlayır.