Page 109 - heynrix
P. 109
İ ROMAN
– Yox, mənə elə gəlir, arvadınıza olmaz. ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Elə düşünürsünüz? – Fred soruşdu.
– Yox, olmaz... – mənə baxıb gülümsəməyə çalışdı, ancaq 109
alınmadı, ona görə də çiyinlərini çəkdi. Sonra pəncərəni
bağladı, bizə tərəf gəldi, yanımızda dayandı. Ucaboy idi, gö‐
dəkcəsinin qolları çox qısaydı, əzələləri gərilmiş qolları dümağ
görünürdü. Məni diqqətlə süzüb dedi:
– Düz deyirəm... Yox, arvadınıza olmaz. Ancaq bir az da
dincəlmək istəyirsinizsə, gözləyə bilərəm.
– Xeyr, xeyr, – dedim, – getməliyik...
Bu aralıqda çadırı tamam yığışdırmışdılar, bir neçə uşaq
atların, qu quşlarının belinə dırmaşdı. Ayağa durub, pilləkənlə
aşağı düşdük. Kişi papağını çıxarıb, bizə yenə əl elədi:
– Elə isə, yaxşı yol! Salamat qalın!
– Sağ olun, – dedim. Fred isə dinmədi. Ətrafa baxmadan
balaqanla dolu meydança ilə irəlilədik. Fred qolumdan bərk‐
bərk yapışıb məni Momzenştrasseyə qədər gətirdi, sonra
yavaş‐yavaş xarabalıqların arası ilə getdik, Baş Kilsənin yanın‐
dan keçib mehmanxanaya tərəf yollandıq. Vağzalın ətrafındakı
küçələrdə sakitlik idi, günəş də hələ batmamışdı, xarabalıqdan
qalxan toz onun parlaq işığında aydınca görünürdü.
Qəflətən elə bildim ki, yelləncəkdəyəm, hiss etdim ki,
halım pisləşdi.
– Fred, – pıçıldadım, – mən gərək ya uzanam, ya da otu‐
ram...
Gördüm ki, əməlli‐başlı qorxdu. Əlini belimə dolayıb
məni uçuq evlərdən birinə gətirdi. Ətrafımızda yanıb‐qaralmış
hündür divarlar vardı. Birinin üstündə yazılmışdı: Rentgen
otağı – sola...
Fred məni bir qapı yerindən içəri keçirtdi, uçuq divarın
üstündə oturtdu, paltosunu taqətsiz halda necə çıxardığını
gördüm. Sonra məni yerə uzatdı, qatlanmış paltonu başımın
altına qoydu. Uzandığım yer hamar və soyuq idi. Əllərimlə
divarın uçuq yerini yoxladım, soyuq kaşıya toxunanda dedim:
– Gərək yelləncəyə minməyəydim. Ancaq neyləyim,
yellənməkdən xoşum gəlir... Çox xoşum gəlir.