Page 111 - heynrix
P. 111
İ ROMAN

Ancaq gözlərim açıq olanda görürdüm ki, divar elə bayaq ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
gördüyüm kimidir: yaşıl boyanmış divar, baş tərəfində də
şokolad rəngli pərvaz... Açıq‐yaşılı rəngin üstündə qəhvəyi 111
rənglə yazılmış, bayaq da oxuya bilmədiyim yazı... Hərflər göz
həkimlərinin adamlara göstərdiyi lövhələrdə olduğu kimi, gah
kiçilir, gah böyüyüb şişir, gah da qəhvəyi rəngli iyrənc kolbasa‐
ya oxşayırdı: nə mənası, nə məzmunu anlaşılırdı, sonra da
partlayıb qəhvəyi dənəciklər şəklində divarda gəzişirdi, oxun‐
maz olurdu, sonra təzədən kiçilib nöqtələrə dönür, ancaq itib
getmirdi.

Məni belə fırladan içimdəki ürəkbulantısı idi. Necə
deyərlər, yelləncəyin qarmağı idi. Və qəflətən hiss edəndə ki,
bayaq uzandığım yerdəcə uzanıb qalmışam, yerimi bircə san‐
timetr də dəyişməmişəm, məni dəhşət bürüdü. Bunu ürək‐
bulantısı bircə anlığa ara verəndə duydum. Sinəmə, qəhvəyi
rəngli çirkli ayaqqabılarıma baxdım. Nəzərlərim divardakı
yazıya sataşdı, bu dəfə onu oxuya bildim: “Həkimin sənə o vaxt
kömək edə bilər ki, ALLAH onun köməyində olsun”.

Gözlərimi yumdum, ancaq ALLAH sözü gözümün önün‐
dən çəkilmədi: kirpiklərim qapanmış olsa da, əvvəlcə qəhvəyi
rəngli iri hərflərdən ibarət yazı kimi görürdüm, sonra yazı
görünmədi, gözlərim önündə söz kimi qaldı, içimə süzüldü,
daha dərinlərə getdi, heç bir bənd‐bərəyə rast gəlmədi,
təzədən üzə çıxdı, gözlərim önündə yazı kimi deyil, söz kimi
canlandı: ALLAH...

Bu ürəkbulantısı məni yerimdən oynadanda, damar‐
larıma girib qanımla bir yerdə dövr edəndə, məni soyuq tər
basanda, dəhşətli qorxu bürüyəndə yanımda yalnız ALLAH
oldu. Bir anlığa Fred, uşaqlar barədə düşündüm, anamın sifəti
gözlərim önünə gəldi, balacaları güzgüdəki kimi gördüm,
ancaq hamısı ürəkbulantısının tufanında yox olub getdi,
hamıya, hər şeyə biganələşdim və onda gözlərim önündə
yalnız ALLAH sözü qaldı!

Ağladım, daha heç nə görmədim, bu sözdən başqa heç
nə barədə düşünmədim. Bu söz gözümdən üzümə axdı, göz
   106   107   108   109   110   111   112   113   114   115   116