Page 107 - heynrix
P. 107
İ ROMAN
Sənə qıymazdım, əzizim, ancaq özün soruşdun, ona görə də ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
axıracan dinləməlisən. Sahibə xanım, az qala, intihar edirmiş
ki, niyə qulluqçu qızın otağı yoxdur. İndi təsəvvür elə ki, nə 107
qədər həssas adamdır, nəyi özünə dərd eləyir... Ancaq indi
burda yoxdurlar, üç aydır ki, gediblər, çox vaxt ilin doqquz ayını
burda qalmırlar. Bu evdə yaşayan o qoca qanqster – ya da
bilmirəm kimdir – Dantenin tədqiqatçısıdır. Barmaqla sayıla‐
caq qədər az qalan əsl Dante tədqiqatçılarından biridir. O da
bizim yepiskop kimi ciddi qəbul olunan az‐az adamlardandır.
Yəqin ki, savadlı bir xristian qadını kimi sən belə şeyləri yaxşı
bilərsən! Hə, ilin doqquz ayı ev boş qalır, Blok da bu vaxt
ərzində çəmənlikləri qoruyur, onlara qulluq edir. Əslində, belə
də olmalıdır, çünki yer üzündə belə tərtəmiz çəmənliklərdən
gözəl heç nə yoxdur. İtin otağında döşəməni mumla sürtmək
olmaz, uşaqlara da bu evə girmək qadağandır.
– Diqqət! Diqqət! – yan tərəfdən boğuq səs eşidildi. –
Kişilərimiz üçün: Manuela – yer üzünün ən gözəl məxluqu!
– Fred, – yavaşdan soruşdum, – niyə uşaqlar bu evə girə
bilməz?
– Ona görə ki, evin xanımının onlardan xoşu gəlmir.
Uşaqların qoxusuna dözə bilmir, ona görə də iydən bilir ki,
burda uşaq olub. Hətta doqquz aydan sonra da... Blokun sələfi
şikəst bir kişi olub, nə vaxtsa iki nəvəsinə burda oynamağa
icazə verib. Məlum məsələdir ki, çəmənlikdə yox, zirzəmidə
oynayıblar. Qadın qayıdanda bunu hiss edib, o dəqiqə də kişini
qovub. Ona görə Blok çox ehtiyatlıdır. Əlbəttə, bir dəfə
soruşanda ki, uşaqlar bura yanıma gələ bilərlərmi, rəngi kağız
kimi ağardı. Mən də ona görə qala bilirəm ki, guya çəmənlikdə
işləyəndə ona kömək edirəm, qızdırıcıya baxıram. Evin
girəcəyində balaca bir daxmam var. Əslində, ora asılqandır.
Hər səhər gözümü açanda ilk gördüyüm bir hollandiyalı
rəssamın əsəri olur: qədimi, gözoxşayan rənglər, hansısa
meyxana... Bir dəfə istədim birini çırpışdıram, onsuz da, belə‐
ləri kitabxanada çoxdur, ancaq o dəqiqə bilərdilər, Bloka qarşı
da insafsızlıq olardı.
– Manuela məhəbbət mahnısı oxuyur! – yan tərəfdən səs
gəldi.