Page 104 - heynrix
P. 104
HAYNRİX BÖLL

yaşım qırx dördü haqlayıb, necə yorulduğumu sənə başa sala
bilməyəcəm, bu barədə özün fikirləş... – deyib qəflətən üzümə
baxdı: – Sənə soyuqdur? Gedək?

– Yox, yox, – dedim, – danış... Xahiş edirəm, danış.
– Burax getsin! Gəl qurtaraq! Bunlar nəyə lazımdır ki? Gəl
mübahisə etməyək, axı məni yaxşı tanıyırsan... Tanımalısan...
Bilirsən ki, uğursuz adamam, bu yaşda düzələn də hələ
olmayıb. Heç kim heç vaxt dəyişmir. Burda mənim xeyrimə
olan bircə şey var ki, o da səni sevməyimdir.
– Elədir, – dedim, – necə var idin, elə də qalıbsan.
– Bəlkə, gedək?!
– Yox, bir az da qalmaq istəyirəm. Yoxsa, sənə soyuqdur?
– Soyuq deyil, ancaq səninlə mehmanxanaya getmək
istəyirəm.

– İndi gedərik... Ancaq əvvəlcə mənə bəzi şeyləri
deməlisən. Yoxsa demək istəmirsən?

– Sən soruş...
104 Başımı onun sinəsinə qoyub susdum, ikimiz də musiqiyə,

fırlancağı işlədənlərin çağırışlarına, pulyığanların boğuq
qışqırtılarına qulaq asdıq.

– Fred, – dedim, – sən əməlli‐başlı yemək yeyə bilirsən?
Ağzını aç! – Ağzını ayırdı, hovlanmış, qızarmış diş ətini gördüm,
əlimlə dişlərini yoxladım və hiss etdim ki, hamısı laxlayır. – Pa‐
radentitdir, – dedim, – ən çoxu bir ildən sonra dişlərin taxma
olacaq.

– Doğrudan? – qorxa‐qorxa soruşdu, saçlarımı tumarla‐
yaraq əlavə etdi: – Uşaqlar yadımızdan çıxdı...

Yenə də susub bayırdan gələn səsləri dinlədik.
– Uşaqlarla işin olmasın. Onlar sarıdan qorxum yoxdur.

Ancaq bir az bundan əvvəl qorxurdum... Qoy cavanlarla
gəzsinlər. Onlara heç nə olmaz, Fred! – Bu sözləri yavaşdan
dedim və başımı onun sinəsində rahatladım. – Sən harda
qalırsan, Fred?

– Blokgildə... Eşerştrassedə.
– Blokları tanımıram.
   99   100   101   102   103   104   105   106   107   108   109