Page 103 - heynrix
P. 103
İ ROMAN

ancaq mən Nefertitidən, “İzenhaym mehrabı”ndan danışma‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
dım, halbuki bunların da əleyhinə deyiləm. İşgüzar kişilərdən
də danışmadım, çünki onlara nifrət edirəm. Təsəvvürümə 103
gətirə bilmirəm ki, yer üzündə onlardan da cansıxıcı nəsə ola
bilər, hamısından gələn iyrənc “işgüzarlıq” qoxusu adamı
boğur. Mən bircə onu bilmək istəyirəm ki, sən nəyi ciddi qəbul
edirsən. Başqa kişilərin ciddi qəbul elədiklərinə sən ciddi
baxmırsan. Ancaq elə şeylər də var ki, sən onlara başqalarına
nisbətən daha ciddi baxırsan. Bir sənətin sahibi də deyilsən:
dərman alveri ilə məşğul oldun, fotoqraflıq elədin, sonra da
kitabxanada işlədin. Sənin kitabxanada necə işlədiyinə bax‐
maq əsl işgəncə idi, çünki kitabı əlində tuta da bilmirdin...
Sonra divar kağızı fabrikində işlədin, ekspeditor oldun, elə de‐
yilmi? Telefonçuluğu da müharibədə öyrəndin...

– Ah, müharibədən danışma, – dedi, – onda sıxılıram.
– Yaxşı, danışmaram. Sənin bütün həyatın, evlənəndən
sonra da hər ikimizin bütün həyatı qulyaş, sosis satılan
köşklərdə, beşincidərəcəli miskin mehmanxanalarda, bu cür
meydançalarda, nəhayət, səkkiz ildən bəri yaşadığımız o
iyrənc daxmada keçib.
– Bir də kilsələrdə, – dedi.
– Yaxşı, olsun kilsələr...
– Qəbiristanlıqları da unutma!
– Qəbiristanlıqları unutmuram, ancaq sən heç vaxt, hətta
səyahət vaxtı da mədəniyyətlə maraqlanmadın.
– Mədəniyyət? Onun nə olduğunu mənə deyə bilərsən?
Yox, mən belə şeylərlə maraqlanmıram. Mən yalnız Allahla,
qəbiristanlıqlarla, səninlə, sosis satılan köşklərlə, bu cür mey‐
danlarla, beşincidərəcəli mehmanxanalarla maraqlanıram.
– Şnaps yadından çıxmasın, – dedim.
– Yox, şnaps yaddan çıxmaz. Kinonu da özüm əlavə edi‐
rəm, necə deyərlər, sənə bağışlayıram... Hələ oyun avto‐
matları...
– Bir də uşaqlar, – dedim.
– Hə, uşaqlar! Mən uşaqları çox sevirəm. Bəlkə, sən fikir‐
ləşdiyindən də çox. Doğrudan, onları çox istəyirəm. Ancaq
   98   99   100   101   102   103   104   105   106   107   108