Page 112 - heynrix
P. 112
HAYNRİX BÖLL

yaşı kimi töküldü, ancaq onu nə çənəmdə, nə də boğazımda
hiss etmədim və gördüm ki, indi böyrü üstə uzanmışam. Yenə
fırlanmağa başladım, əvvəlkindən də bərk fırlandım, sonra
birdən‐birə sakitləşdim, başımı irəli əydim, xarabalıqda bitmiş
yaşıl otların üstünə qusdum...

Həmişə olduğu kimi, Fredin əli yenə də alnımda idi:
– İndi yaxşısan? – deyə yavaşdan soruşdu.
– Hə, yaxşıyam, – dedim. O, dəsmalını çıxarıb ehtiyatla
ağzımı sildi. – Ancaq yaman yorulmuşam, Fred...
– İndi gedib yatarsan, mehmanxanaya lap az qalıb...
– Hə, yataram, – dedim.

XI
Üzünün sarıya çalan rəngi qaralmışdı, dərisi indi qəhvəyi
rəngdə idi, gözlərinin ağı da rəngini dəyişmişdi. Ona mineral
su tökdüm, stəkanı boşaltdı, əlimi alnına qoydu.
– Həkim çağırım? – soruşdum.
112 – Yox, indi yaxşıyam. Uşaq idi. Bizim narazılığımıza, onu
gözləyən kasıblığa qarşı üsyan edirdi.
– Bəlkə, gələcəkdə hansısa əczaçının müştərisi, ya da se‐
vimli bir katolik rahibi olacağına görə üsyan edirdi, – dedim. –
Ancaq mən onu sevəcəyəm.
– Bəlkə, rahib deyil, yepiskop olacaq. Ya da Dante təd‐
qiqatçısı...
– Ah, Kete, zarafatı burax.
– Zarafat eləmirəm. Bilirsən, sənin uşaqların kim olacaq?
Bəlkə də, daşqəlbli olacaqlar, itlərinə məbəd tikəcəklər, uşaq
iyindən xoşları gəlməyəcək. Bəlkə, indi uşaqların iyinə dözə
bilməyən o qadın da nə vaxtsa itinin damından da balaca
yerdə yaşayan bir ailənin on beşinci uşağı olub... Bəlkə də, o...
Kete sözünü yarımçıq kəsdi, bayırdan qorxunc səslər
eşidildi: nəsə guruldadı, sanki partlayış oldu. Pəncərəyə tərəf
qaçıb onu açdım. Bayırdan eşidilən səslər, gurultular müha‐
ribəni xatırladırdı: təyyarələrin uğultusu, gurultu, partlayış.
Hava artıq qaralırdı, göy üzü dümağ paraşütlərlə dolu idi.
   107   108   109   110   111   112   113   114   115   116   117