Page 117 - heynrix
P. 117
İ ROMAN

Dəhliz səs‐küylü idi, aşağıda rəqs edənlərin haray‐həşiri ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
eşidilirdi. Bir də onda ayıldım ki, pilləkənləri musiqinin ahən‐
ginə uyğun addımlarla düşmək istəyirəm. Dəhlizdə yalnız bircə 117
dənə papaqsız lampa yanırdı. Bayırda isə qaranlıq düşürdü.
Meyxanadakı stollarda bir neçə adam oturmuşdu, piştaxtanın
arxasında başqa qadın dayanmışdı. O, sahibədən yaşlı idi, mən
yaxınlaşanda eynəyini çıxardı, əlindəki qəzeti piştaxtanın
üstündə yaranmış pivə gölməçəsinə qoydu. Qəzet o dəqiqə
pivəni canına çəkib qaraldı. Qadın gözlərini qırpa‐qırpa mənə
baxdı.

– Yeməyə nəsə sifariş edə bilərəm? On birinci otaq...
– Otağa gətirsinlər?

Başımı tərpətdim.
– Olmaz, – dedi, – otaqlara yemək aparmırıq. Otaqda
yemək pintilikdir.
– Bunu bilmirdim. Arvadım xəstədir, ona görə...
– Xəstədir? Bircə bu çatmırdı. Güman ki, pis xəstəlik deyil,
keçici olmaz.
– Xeyr, – dedim, – sadəcə olaraq, özünü pis hiss edir.
Qəzeti gölməçədən götürüb silkələdi, qızdırıcının üstünə
qoydu, sonra mənə tərəf dönüb çiyinlərini çəkdi:
– Nə götürəcəksiniz? İsti yeməklər bir saata hazır olacaq.
– O, arxa tərəfindəki fırlanan rəfdən bir boşqab götürdü,
soyuq yeməklər saxlanılan şüşə dolaba tərəf getdi. Mən də
ora yaxınlaşdım, iki kotlet, iki parça da pörtlədilmiş ət götürüb,
çörək istədim.
– Çörək? Çörək nəyə lazımdır? Salat götürün... Kartof
salatı.
– Çörək yaxşıdır, – dedim, – arvadıma görə...
– Özünü pis hiss eləyən qadınları mehmanxanaya
gətirməzlər, – fırlanan rəfin yanına gedib, aşağıya tərəf
səsləndi: – Çörək! Bir‐iki dilim çörək!
Aşağıdan da boğuq bir səs gəldi: “Çörək!”
Qadın mənə tərəf döndü:
– Bir‐iki dəqiqə gözləməli olacaqsınız.
– Zəng də vurmaq istəyirəm.
   112   113   114   115   116   117   118   119   120   121   122