Page 120 - heynrix
P. 120
HAYNRİX BÖLL

– Mən bir yaxşı yer tanıyıram. Yeraltı keçidi çıxan kimi...
Burdan gedəndə solda...

Onun üzünə baxdım.
– Ora çox gözəldir, – sözünə davam etdi, – bir qəşəng
qızdır, bir də qoca kişi... Qəhvəsi də yaxşıdır. Onlara borclu
qaldım.
– Ağıldankəm oğlan da orda idi?
Siqareti damağından götürüb üzümə baxdı:
– Ora tez‐tez gedirsən?
– Yox, bu gün səhər birinci dəfə getdim. Sabah tezdən ora
gedək?
– Gedək, – deyə yenə üzünü pəncərəyə, arxasını mənə
tərəf çevirdi. Boşqabı, pivəni o biri tərəfdən uzatmaq istədim,
ancaq:
– Qoy qalsın, – dedi, – sonra yeyərəm.
Üzünü o biri tərəfə çevirsə də, oturduğum yerdən dur‐
madım, pivədən qurtum‐qurtum içməyə başladım. Vağzalda
120 sakitlik idi. Pəncərədən vağzalın arxasındakı hündürmərtəbəli
evin kəlləsində gur işıqlı lampalarla əhatə olunmuş böyük
konyak şüşəsi vardı, sanki göydən asılı qalmışdı, üstündə içən
bir adamın əcaib silueti görünürdü. Binanın ön hissəsindəki
yazılar tez‐tez dəyişirdi, işıqlandırılmış hərflər qaranlıqdan öz‐
özünə çıxır, sonra da yox olurdu. Yavaş‐yavaş yazını oxudum:
“AĞILLI OL”, – yazı yoxa çıxdı, sonra qaranlıqdan təzəsi gəldi:
“ÇOX İÇMƏ”. Bir neçə saniyə heç nə görünmədi, məni qəribə
bir maraq bürüdü. Yazı yenə gəldi: “ÇOX İÇƏNDƏN SONRA
ÖZÜNÜ PİS HİSS EDİRSƏNSƏ”, – yazı qaranlığa qarışıb yoxa
çıxdı, bir neçə saniyə heç nə görünmədi, sonra bütün hərflər
birdən parladı: “DOLORİN QƏBUL ELƏ”. Qaranlıqdan üç‐dörd
dəfə qırmızı hərflər çıxdı: “DOLORİN QƏBUL ELƏ”. Sonra
sapsarı hərflər gəldi: “ÖZ ƏCZAÇINA GÜVƏN!”
– Fred, – Kete qəflətən dilləndi, – mənə elə gəlir ki, sənin
bilmək istədiyin şey barədə danışmağa başlasaq, xeyrinə ol‐
mayacaq. Ona görə bu barədə danışmaq istəmirəm. Nə
edəcəyini özün bilməlisən... Lap hamilə də olsam, sənin evə
qayıtmağını, dəli kimi qışqırmağını, günahları olmadığını bilə‐
   115   116   117   118   119   120   121   122   123   124   125