Page 122 - heynrix
P. 122
HAYNRİX BÖLL
– Mənim başqa arvadım yoxdur! Özün də yaxşı bilirsən
ki, səni heç vaxt aldatmamışam.
Deyəsən, fikrə getdi.
– Yox, – dedi, – zənnimcə, məni heç vaxt aldatmayıbsan.
Hər halda, yadıma gəlmir...
– Görürsənmi?! – deyə onun hələ də stulun üstündə olan
pivəsindən bir qurtum aldım.
– Əslində, sənin üçün belə daha rahatdır. Kefin istəyəndə
içirsən, qəbiristanlıqlara gedirsən, ürəyin məni istəyəndə isə
zəng edirsən, gəlirəm, axşamlar da Dante tədqiqatçısının
evində yatırsan.
– Mən orda həmişə qalmıram, çox vaxt başqa yer tapıb
gecələyirəm. O evə dözə bilmirəm. Çox böyükdür, bomboşdur,
gözəldir, zövqlə bəzədilib, mənimsə zövqlü mebellərlə bəzə‐
dilmiş evlərdən xoşum gəlmir.
Üzümü çevirib onun çiyinləri üzərindən çoxmərtəbəli
evin ön tərəfindəki reklama baxdım, ancaq yazı dəyişməmişdi:
“ÖZ ƏCZAÇINA GÜVƏN!”
122 Bu yazı müxtəlif rəng çalarları ilə xeyli qaldı. Biz də
dinmədən xeyli uzanıb siqaret çəkdik. Sonra durub pərdələri
çəkdim, ancaq onlar nazik olduqları üçün yazı yenə də
göründü.
Keteyə çox təəccübləndim. Hələ indiyə kimi mənimlə
belə danışmamışdı. Dinməzcə əlimi çiyninə qoydum. Arxası
mənə tərəf uzanmışdı. Çantasını açdı, alışqanın şıqqıltısını
eşitdim, o uzandığı tərəfdən tavana tərəf qalxan tüstünü
gördüm.
– İşığı söndürüm? – soruşdum.
– Hə, söndürsən, yaxşı olar.
Ayağa durub işığı söndürdüm, yenə gəlib yanına uzan‐
dım. O, arxası üstə çevrilmişdi, əlimlə çiynini axtararkən üzü‐
nə toxunanda dəhşətə gəldim: sifəti göz yaşlarına bələnmişdi.
Dinə bilmədim, əlimi çəkib adyalın altında onun balaca, qüv‐
vətli əlini axtardım, tapıb bərk‐bərk yapışdım. Əlini çəkmədiyi
üçün sevindim...
– Lənət şeytana... – qaranlıqdan səsi gəldi. – Kişi evlə‐
nəndə nə etdiyini bilsə, yaxşıdır.