Page 125 - heynrix
P. 125
İ ROMAN

Çox yorğun idim, dedikləri də məni kədərləndirirdi, çünki ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
haqlı olduğunu bilirdim. Ondan məni hələ də sevdiyini soruş‐
maq istədim, ancaq qorxdum ki, pis çıxar. Əvvəllər nəyinsə pis 125
çıxacağından qorxmurdum, ağlıma gələni ona deyirdim. Ancaq
indi məni sevib‐sevmədiyini soruşmadım.

– Ola bilsin, – yorğun halda dilləndim, – müharibə məni
bir az sarsıtdı. Demək olar ki, həmişə ölüm barədə düşünü‐
rəm, Kete, bu da məni lap dəli eləyir. Müharibədə ölü çox idi,
ancaq onları heç vaxt görmədim, yalnız öldüklərini eşitdim.
Biganə səslər telefonda rəqəmlər deyirdi, bunlar da ölülərin
sayı idi. Onları təsəvvürümə gətirməyə çalışırdım və gətirirdim
də: üç yüz ölüdən dağ qalanardı... Bir dəfə üçhəftəliyə cəbhə
dedikləri yerdə oldum. Ölüləri onda gördüm. Hərdən xətləri
calamaq üçün bayıra çıxmalı olurdum, qaranlıqda tez‐tez
meyitlərə ilişirdim. Elə qaranlıq olurdu ki, heç nə görə bil‐
mirdim... Heç nə... Məftildən tuta‐tuta zil qaranlıqda onun
qırıldığı yerə qədər sürünürdüm. Məftili calayır, yoxlama
cihazını ona birləşdirib oturur, fişəng atılanda, toplardan atəş
açılanda yerə sinir, otuz‐qırx metr aralıdakı bunkerdə oturan
adamla danışırdım. Ancaq səs çox uzaqdan gəlirdi. Sənə uzaq
deyirəm ha... Bizə uzaq olan Allahdan da uzaq...

– Allah bizdən uzaq deyil, – astadan dilləndi.
– Uzaq idi, – dedim, – xəttin işləyib‐işləmədiyini yoxla‐
maq üçün danışdığım adamın səsi milyonlarla kilometr uzaq‐
dan gəlirdi. Sonra məftil də əlimdə yavaş‐yavaş geri
sürünürdüm, qaranlıqda yenə meyitlərə ilişirdim, bəzən də elə
onların yanındaca uzanıb qalırdım. Bir dəfə bütün gecəni
qaldım. Yoldaşlarım elə biliblər ki, ölmüşəm, axtarmağa baş‐
layıblar, sonra əllərini üzüblər, mən isə onları görmədən
ölülərin yanında uzanıb qalmışam, yalnız hiss etmişəm. Niyə
belə elədiyimi, onların yanında niyə uzanıb qaldığımı bilmə‐
mişəm, vaxtın necə keçib‐getdiyindən də xəbərim olmayıb.
Məni tapanda sərxoş olduğumu düşünmüşdülər. Canlı adam‐
ların yanına qayıdanda isə darıxmağa başladım. Heç inan‐
mazsan ki, adamların çoxu necə cansıxıcı olur, ancaq ölülərə
söz ola bilməz...
   120   121   122   123   124   125   126   127   128   129   130