Page 130 - heynrix
P. 130
HAYNRİX BÖLL

bilmədim, olub‐keçənlər barədə düşündüm. Dua etmək də
istədim, ancaq bacarmadım. Bir anlığa fikirləşdim ki, bəlkə,
yenə aşağı düşəm, ən azı, şokolad fabrikində işləyən qızların
biri ilə rəqs edəm, şnaps içəm, ya da, çox güman ki, indi boş
olan avtomatların birində oynayam. Ancaq durmadım. Hər
dəfə çoxmərtəbəli evin ön tərəfindəki yazı işıqlandıqca
üstündə ürək şəkilləri olan yaşılı divar kağızları parıldayır, di‐
varda lampanın kölgəsi, bir də adyalın üstündəki şəkillər
görünürdü: top oynayan kişilərə çevrilmiş ayılar. Sanki boynu‐
yoğun atletlər bir‐birinə sabun köpüyü üfürürdü. Yuxuya get‐
məmişdən əvvəl gördüyüm də oradakı yazı oldu: “ÖZ
ƏCZAÇINA GÜVƏN!”

XII
Mən ayılanda hələ qaranlıq idi. Bərk yatmışdım, oya‐
nanda özümü gümrah hiss etdim. Fred üzü divara tərəf yat‐
mışdı, yalnız arıq gicgahlarını görürdüm. Ayağa durub pərdəni
130 çəkdim, vağzalın üzərində dan yerinin söküldüyünü gördüm.
İşıqları yanan qatarlar vağzala daxil olur, diktorun həlim səsi
xarabalıqlardan keçib mehmanxanaya çatır, qatarların boğuq
səsi eşidilirdi. Mehmanxanaya sakitlik çökmüşdü. Acmışdım.
Pəncərəni açıq qoydum, yerimə uzanıb gözlədim. Ancaq bir‐
dən narahat olmağa başladım, elə hey uşaqlar barədə düşün‐
düm, onlar üçün darıxdım, saat neçə olduğunu bilmədim.
Əgər Fred hələ yatırdısa, deməli, yeddinin yarısı olmamışdı,
çünki yeddinin yarısında mütləq oyanırdı. Hələ vaxtım vardı.
Durub paltomu geydim, ayaqqabılarımı ayağıma keçirdim,
asta addımlarla çarpayının başına dövrə vurub qapını səssizcə
açdım, çirkli dəhlizin alaqaranlığında ayaqyolunu axtardım,
axırda onu üfunət iyi verən küncdə tapdım. Geri qayıdanda
Fred hələ də yatırdı. İndi vağzaldakı işıqlandırılmış saatları
görürdüm, ancaq sarımtıl rəngə çalan şüşənin arxasındakı əq‐
rəbləri seçə bilmirdim. Çoxmərtəbəli evin ön tərəfində işıq‐
landırılan yazı bomboz qaranlığı yarıb çıxdı: “ÖZ ƏCZAÇINA
GÜVƏN!”
   125   126   127   128   129   130   131   132   133   134   135