Page 126 - heynrix
P. 126
HAYNRİX BÖLL
– Sən dəhşətsən, Fred, – desə də, əlimi buraxmadı. –
Mənə bir siqaret ver.
Cibimdə siqaret axtardım, birini çıxarıb verdim, kibrit
yandırdım, üzünü görmək üçün ona tərəf əyildim. Mənə elə
gəldi ki, cavanlaşıb, yaxşılaşıb, sifətindəki sarılıq da çəkilib
gedib.
– Özünü yenə pis hiss edirsən?
– Yox, – dedi, – keçib‐getdi, indi yaxşıyam. Ancaq, doğru‐
dan da, səndən qorxuram, Fred.
– Yox, məndən qorxma. Məni bu günə salan da müharibə
deyil, sadəcə olaraq, darıxıram. Kaş bircə dəfə bütün günü
qulaqlarımın eşitdiyini sən də eşidəydin... Boş, mənasız
söhbətlər...
– Sən dua etməlisən, – dedi. – Doğru sözümdür. Dua
yeganə məşğuliyyətdir ki, adamı darıxdırmır.
– Mənim üçün də dua elə. Əvvəllər özüm də edirdim, indi
bacarmıram.
126 – Çoxlu məşq etmək lazımdır. Gərək möhkəm olasan.
Başlayasan, geri çəkilməyəsən. İçmək pis şeydir...
– Ancaq sərxoş olanda bəzən çox yaxşı dua edirəm.
– Bu, yaxşı hərəkət deyil, Fred! Dua ayıqlar üçündür. Elə
bil liftin qarşısında dayanıbsan, ancaq minməyə qorxursan,
gərək özünü toparlaya biləsən, bir də görəcəksən liftin
içindəsən, səni yuxarı qaldırır. Bəzən bunu çox aydın hiss
edirəm, Fred, gecələr uzanıb ağlayanda, hər şey sükuta qərq
olanda tez‐tez hiss edirəm ki, istədiyimə çatıram. Ondan sonra
heç nəyə fikir vermirəm, mənzil də, zir‐zibil də, kasıblıq da,
hətta sənin olmamağın da vecimə gəlmir. Çox uzun çəkməz,
otuz il, qırx il dözmək lazımdır. Mənə elə gəlir ki, birlikdə
dözsək, yaxşı olardı. Fred, sən yanılırsan, xülyalara qapılırsan.
Xülyalar təhlükəli olur, Fred. Əgər hər hansı qadına görə bizi
atıb getsəydin, səni başa düşərdim. Onda mənim üçün
indikindən dəhşətli olardı, ancaq yenə də səni başa düşərdim.
Məsələn, dükandakı o qıza görə səni başa düşərdim.
– Xahiş edirəm, o barədə danışma...