Page 129 - heynrix
P. 129
İ ROMAN

– Uzun illər belə oldu... ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Hə, uzun illər... Başla görüm! – deyib əlimdən bərk‐bərk
yapışdı. 129
– Qadınlardan danışım?
– Yox, yaxşısı budur, kişilərdən, uşaqlardan, ya da yaşlı
qadınlardan danış. Gənc qadınlardan danışanda xoflanıram.
– Qorxma, – dedim və əyilib dodaqlarından öpdüm.
Təzədən yerimə uzananda gözlərim parlaq yazıya sataşdı: “ÖZ
ƏCZAÇINA GÜVƏN!”
– Başla, – dedi.
– İtaliyada çox adam qəlbimi titrətdi. Kişilər də, qadınlar
da, yaşlısı da, cavanı da... Uşaqlar da... Hətta varlı qadınlar,
varlı kişilər də.
– Bayaq deyirdin ki, adamlar cansıxıcıdır.
– İndi özümü başqa cür hiss edirəm, məni sevdiyini
biləndən sonra lap yaxşıyam. Mənə çox dəhşətli sözlər dedin.
– Heç birini də geri götürmürəm. Biz indi oyun oynayırıq,
Fred. Unutma ki, bu – oyundur. Ciddi məsələlərə bir də qayı‐
dacağıq, mənim də səni sevməyim hələ hər şey demək deyil.
Sən də uşaqları çox sevirsən, ancaq güzəranları vecinə deyil.
– Bilirəm, – dedim, – sən bunu kifayət qədər açıq dedin.
Yaxşı, indi özün seç: qadın olsun, kişi, ya uşaq? Hansı ölkədən
olsun?
– Hollandiyadan, – dedi, – hollandiyalı kişidən danış.
– Ah, sən yaman insafsızsan! Adamın qəlbini titrədən
hollandiyalı tapmaq çətin məsələdir. Səndə insaf deyilən şey
yoxdur, ancaq müharibədə, doğrudan da, adamın qəlbini
riqqətə gətirən bir kişiyə rast gəlmişəm, özü də varlısına.
Ancaq mən görəndə daha varlı deyildi. Rotterdamdan keçəndə
– ilk xarabazara çevrilmiş şəhər idi ki, görürdüm, qəribədir ki,
indi dağılmamış şəhər görəndə sıxılıram – hə, Rotterdamdan
keçəndə, insanları, xarabalıqları görəndə çaşbaş qaldım.
Hiss etdim ki, əlimdən tutan əli boşalır, ona tərəf əyildim
və gördüm ki, yuxuya gedib. Yatanda sifəti təkəbbürlü, tutqun
olur, dodaqları bir az aralanır və onlarda iztirab dolaşır.
Təzədən yerimə uzandım, siqaret çəkdim, uzun müddət yata
   124   125   126   127   128   129   130   131   132   133   134