Page 132 - heynrix
P. 132
HAYNRİX BÖLL
Çarpayının kənarında oturub başını əlləri arasına almış bu
cansıxıcı, bu laqeyd insan – çağdaşım mənə indi tamam yad
görünürdü və güzgüyə baxa‐baxa başqa bir həyatın – subaylıq
həyatının gözəlliyi barədə düşündüm. Ayılan kimi siqaret qu‐
tusunu axtaran yuxulu kişilərdən uzaq həyat gözəl olmalı idi!
Baxışlarımı güzgüdən çəkdim, saçlarımı bir yerə yığıb
düyünlədim, pəncərənin qabağında durdum. Hava bir az
işıqlaşmışdı, ağ‐bozumtul rəngə çalırdı. Heç nə görməsəm də,
bayıra baxırdım: hələ də həsrətində olduğumuz subaylıq
həyatı barədə şirin xəyallara dalmışdım. Dini nəğmələrin
ahəngini duyur, özümü evli olmadığım kişilərin arasında hiss
edir və bilirdim ki, onların heç biri özünü mənim ağuşuma
atmaq barədə düşünmür.
– Sənin diş fırçanı götürə bilərəm? – Fredin səsi
əlüzyuyanın yanından gəldi.
Ona tərəf baxıb tərəddüdlə:
– Götür, – dedim, birdən ayılıb səsimi ucaltdım. – İlahi! –
Yuyunanda, heç olmasa, köynəyini çıxar...
132 – Eh, nəyə lazımdır, – deyib köynəyinin yaxalığını içəri
qatladı, yaş dəsmalla üzünü, gicgahlarını, boğazını siləndə
biganəliyi məni lap özümdən çıxartdı.
– Özümə bir əczaçı tapıb ona güvənəcəm, – dedi, –
ondan yaxşı bir diş fırçası alacam. Ümumiyyətlə, hər şeyimizi
əczaçılara etibar eləyək.
– Fred! – əsəbi halda dilləndim. – Hələ bir zarafat da
eləyirsən! Birinci dəfədir, səni səhər‐səhər belə kefikök görü‐
rəm.
– Kefikök deyiləm. Ancaq hələ səhər yeməyi yemədiyimə,
qəhvə içmədiyimə baxmayaraq, kefim o qədər də pis deyil.
– Səni yaxşı tanıyıram, – dedim, – gərək qəlbini titrədən
olsun...
Mənim darağımla başını daradı, sonra əl saxlayıb geri
döndü, üzümə baxıb mehribanlıqla:
– Səni səhər yeməyinə dəvət etdim, əzizim, – dedi. –
Ancaq hələ də cavab verməyibsən.
Təzədən üzünü güzgüyə tərəf çevirib saçlarını daramağa
başladı və sanki güzgüyə dedi: