Page 135 - heynrix
P. 135
İ ROMAN

Paltosunun cibindən siqaret çıxarıb damağına qoydu, kib‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
rit çəkəndə pıçıldadı:
135
– Günahlarınız bağışlandı... Belə də olmalı idi... mən
böyük bir axmaqlıq elədim... Bağışlayın!

– Çox sağ olun! – dedim. – Bizdə hər şey qaydasında idi?
– Yalnız yaşlı bir qadınla danışa bildim. Ananız idi?
– Anam? – diksindim.
– Bir gün yanıma gəlin, – deyib tələsik bayıra çıxdı.
Yerimə qayıdanda Fred heç nə soruşmadı. Çox əzgin
görünürdü. Əlimi onun əlinin üstünə qoyub yavaşdan dedim:
– Mən getməliyəm, Fred.
– Hələ getmə, sənə sözüm var.
– Bura yeri deyil, sonra deyərsən. İlahi, bütün gecəni
yanında idim axı...
– Qayıdacam! – pıçıldadı, – özü də tezliklə... Bu da
uşaqların pulu... Söz vermişdim axı... Onlara nəsə alarsan...
İstəyirlərsə, dondurma al.
Uzatdığı bir markı alıb paltomun cibinə qoydum.
– Borcumu da sonra qaytararam, – yenə pıçıldadı.
– Ah, Fred, dedim ki, qurtar bunu...
– Yox, – dedi, – bu barədə fikirləşmək mənim üçün
çətindir... bəlkə də, səni...
– Zəng elə, – mən də pıçıldadım.
– Zəng eləsəm, gələrsən?
– Unutma ki, bir qəhvənin, üç kökənin də pulunu verə‐
cəksən.
– Yadımdadır... Doğrudan, gedirsən?
– Getməliyəm.
Ayağa durdu, mən isə yerimdən tərpənməyib onun
piştaxtanın yanında dayanıb gözlədiyinə tamaşa etdim. Fred
pulu verəndə qız mənə baxıb gülümsədi. Ayağa qalxıb, Fredlə
qapıya tərəf getdim.
– Yenə gələcəksiniz?
– Bəli, – deyib, gedə‐gedə ağzında şirninin çubuğu olan
ağıldankəm oğlana baxdım.
   130   131   132   133   134   135   136   137   138   139   140