Page 139 - heynrix
P. 139
İ ROMAN
XIII ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Avtobus həmişə eyni yerdə saxlayır. Onun dayanması
üçün genəldilmiş yer dardır və o, hər dəfə avtobus burada 139
dayananda silkələnir, mən də oyanıram. Durub düşürəm,
küçənin o biri tərəfinə keçib, dəmir mallar satılan mağazanın
vitrini önündə dayanıram, üstünə “Bütün ölçülərdə nərdivan,
hər pilləsi 3.20 alman markı” yazılmış lövhəyə baxıram. Vaxtı
dəqiqləşdirmək üçün hündürmərtəbəli evin ön tərəfindəki
saata baxmağın mənası olmur: səkkizə düz dörd dəqiqə qalır.
Əgər orada səkkizdirsə və ya səkkizi keçibsə, deməli, saat düz
işləmir. Avtobus saatdan dəqiq işləyir.
Hər səhər bir neçə saniyəliyə bu lövhənin önündə daya‐
nıram. Onun yanında bir üçpilləli nərdivan var. Yay girəndən
nərdivanın yanına bir şezlonq qoymuşdular, üstündə də
kağızdan, ya mumdan hazırlanmış – vitrinə qoyulan mane‐
kenlərin nədən hazırlandığını dəqiq bilmirəm – ucaboy, sarışın
bir qadın uzanıb. Gözündə günəş eynəyi var və “Özümün
özümdən dincəlməyim” adlı roman oxuyur. Müəllifin adını
oxuya bilmirəm, çünki akvariumun üzərinə uzadılmış cırtdan‐
bağbanın uzun saqqalı buna imkan vermir. Üç ay idi ki, bu
sarışın kukla qəhvəüyüdən maşınların, paltarsıxan maşınların,
nərdivanların arasına uzanıb roman oxuyur.
Bu gün avtobusdan düşəndə üstünə “Bütün ölçülərdə
nərdivan, hər pilləsi 3.20 alman markı” yazılmış lövhəni
görmədim, bütün yayı şezlonqda uzanıb “Özümün özümdən
dincəlməyim” romanını oxuyan qadın isə mavi idman kostyu‐
munda, boynundakı yaylıq yellənə‐yellənə xizəklərin üstündə
dayanmışdı, yanında da bir lövhə vardı: “Qış idmanı haqqında
indidən düşünün”.
Mən qış idmanı haqqında düşünmədən Melxiorştrasseyə
getdim, idarənin solundakı balaca dükandan beş dənə siqaret
aldım, qapıçının yanından keçib dəhlizə girdim. Qapıçı mənə
salam verdi. O, iş yerindəki ən yaxın dostlarımdan biridir, hər‐
dən yuxarı – yanıma çıxır, qəlyan çəkir, təzə dedi‐qoduları mə‐
nə çatdırır.
Qapıçıya başımı tərpətməklə cavab verdim, qoltuq‐
larında qovluq pilləkənləri tez‐tez qalxan bir neçə rahiblə də