Page 140 - heynrix
P. 140
HAYNRİX BÖLL

salamlaşdım. Yuxarıda kommutatorun qapısını açdım, pal‐
tomu, papağımı çıxarıb asdım, siqaretləri stolun üstünə atdım,
xırda pullarımı da onların yanına tökdüm, xətti birləşdirib otur‐
dum.

İş yerimdə sakitləşirəm. Qulağımda həzin uğultu olur, bi‐
nada kimsə iki rəqəm yığanda, qırmızı işıq yananda “Kommu‐
tator” deyə cavab verir, sonra onu xəttə birləşdirirəm.

Stolun üstündəki pullarımı saydım: bir mark iyirmi pfen‐
niq idi. Qapıçıya zəng elədim, dəstəyi qaldıranda dedim:

– Danışan Boqnerdir, sabahınız xeyir, qəzet gəlib?
– Hələ yox, – dedi, – gələndə özüm gətirəcəm.
– Nəsə olub?
– Heç nə olmayıb.
– Onda hələlik.
– Hələlik.
Doqquzun yarısında kadrlar şöbəsinin rəisi Brezqen işçilər
barədə prelat Tsimmerə məlumat verməyə başlayır. Onların
hamısı, hətta mənəvi məsləhət müəssisəsindən baş idarəyə
140 köçürülmüş keşişlər də Tsimmerin qarşısında tir‐tir əsirdi. Bu
adam “buyurun”, “təşəkkür edirəm” sözlərini qanmırdı. Prelat
zəng vuranda dəstəyi qaldırarkən canımdan yüngül əsməcə
keçir. Hər səhər düz doqquzun yarısında onun səsi gəlir:
– Prelat Tsimmer!
Brezqenin verdiyi məlumatları eşidirdim: “Xəstə olanlar:
Veldrix, Zik, kaplan Huxel. Gəlmədiyinin səbəbi hələlik bilin‐
məyən: kaplan Zoden”.
– Zodenə nə olub?
– Xəbərim yoxdur, cənab prelat.
Həmişə olduğu kimi, yenə də Zodenin adını eşidəndə
Tsimmerin köks ötürdüyünü eşidirdim və birinci danışıq
bununla da bitirdi.
Yalnız doqquza az qalanda gündəlik telefon danışıqları
başlayır. Bayırdan bura, buradan bayıra zəng vururlar, xaricə
ediləcək zəngləri sifariş verirəm, arada özüm də onlara qoşu‐
lub danışıqlara qulaq asıram və görürəm ki, bunların da lüğət
tərkibi yüz əlli sözdən o yana keçmir. Ən çox işlətdikləri söz
“ehtiyat” sözüdür. Həmişə bu söz işlədilir və bütün danışıq‐
larda istifadə olunur:
   135   136   137   138   139   140   141   142   143   144   145