Page 141 - heynrix
P. 141
İ ROMAN
– Solçu mətbuat ZA‐nın nitqinə hücum çəkib, ehtiyatlı ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
olun!
141
– Sağçı mətbuat ZA‐nın nitqinə münasibət bildirməyib,
ehtiyatlı olun!
– Xristian mətbuatı ZA‐nın nitqini tərifləyib, ehtiyatlı
olun!
– Zoden üzrsüz səbəbdən işə gəlməyib, ehtiyatlı olun!
– Saat on birdə Boltsla görüş var, ehtiyatlı olun!
ZA – yəni Zati Aliləri yepiskopa müraciət formasının
qısaldılmış şəklidir.
Boşanma işlərini aparan hakimlər öz sahələri üzrə nəyisə
müzakirə edəndə telefonda latınca danışırlar. Heç nə başa
düşməsəm də, onlara həmişə qulaq asıram. Səslərində ciddilik
olur, ancaq bir‐birinə latınca lətifə danışıb güləndə çox qəribə
alınır. Burası da qəribədir ki, onların hər ikisi – keşiş Püts də,
prelat Serj də idarədə məndən xoşu gələn yeganə adamlardır.
Saat on birdə Tsimmer yepiskopun xüsusi işlər üzrə katibinə
zəng vurdu: “Əczaçıların zövqsüzlüyünə etiraz bildirmək
lazımdır, ancaq ehtiyatla... Müqəddəs Yeremeyin şərəfinə
keçirilən nümayişə sayğısızlıq göstərmək ona istehza ilə
yanaşmaq deməkdir. Ehtiyatlı olun!”
Beş dəqiqə sonra yepiskopun xüsusi işlər üzrə katibi zəng
elədi: “Zati Aliləri etirazı işçi qaydada bildirəcək. Əczaçılar Bir‐
liyinin sədri Zati Alilərinin yaxın qohumudur. Ehtiyatlı olun!”
– Boltsla görüş necə oldu?
– Dəqiq bir şey yoxdur. Ancaq yenə də ehtiyatlı olun.
Az sonra prelat Tsimmer prelat Vayneri istədi:
– Qonşu yeparxiyadan altı köçürülmə var.
– Necədirlər?
– İkisi tam iki, üçü də üç minus. Biri isə, deyəsən, yaxşıdır.
Hukman... Adlı‐sanlı ailədəndir.
– Tanıyıram, gözəl ailədir. Dünən necə oldu?
– Çox pis! Mübarizə davam edir.
– Necə?
– Hələ davam edir: yenə də salata sirkə tökmüşdülər.
– Ancaq siz...
– Mən neçə aydır ki, deyirəm limon sıxın, sirkəni həzm
edə bilmirəm. Açıq müharibə elan ediblər...