Page 144 - heynrix
P. 144
HAYNRİX BÖLL

asanlaşdırmağın ustasıdır, hətta adamı cızdağına kimi yandıran
dedi‐qoduları da adi, gündəlik olay səviyyəsinə salır, az qalır
ki, özün də onun iştirakçısına çevriləsən.

Serjin otağına gedən dəhlizin ağardılmış divarlarına ba‐
rokko üslubunda heykəlciklər yapışdırmışdılar. Serj yazı stolu‐
nun arxasında oturub, başını əlləri arasına almışdı. O hələ
cavandır, məndən bir neçə yaş kiçikdir, ailə hüququ sahəsində
ən yaxşı mütəxəssis hesab olunur.

– Sabahınız xeyir, cənab Boqner.
– Sabahınız xeyir, – deyib yaxınlaşdım, mənə əl verdi.
Serj qeyri‐adi qabiliyyət sahibidir: ondan borc aldığım
günün səhəri mənimlə görüşəndə özünü elə aparır ki, guya
bunu unudub. Bəlkə, doğrudan da, unudurdu. Oturduğu otaq
uçub dağılmamış iki‐üç otaqdan biri idi. Burada ən çox diq‐
qətçəkən küncdəki barokko üslublu saxsı sobadır və heç vaxt
qalanmaması incəsənət əsərlərinə dair kataloqda onun özəlliyi
kimi qeyd olunmuşdu, çünki kurfürst qışı həmişə balaca bir
144 qəsrdə keçirirmiş. Mənə bir neçə haqq‐hesab çeki və içində
nağd pul olan zərf uzatdı.
– Altmış iki mark səksən pfenniqdir, – dedi, – lütfən, çek‐
ləri də, pulu da bizim hesaba keçirin. Hesab nömrəmizi bilir‐
siniz?
– Bilirəm, – dedim.
– Bunlardan canımı qurtarmağa şad olardım. Xoşbəxt‐
likdən, Viç birisi gün qayıdır, bu zir‐zibildən canım qurtaracaq.
O, iri, sakit gözləri ilə məni süzdü. Hiss etdim ki, ailə
həyatım barədə danışacağımı gözləyir. Əslində, ən yaxşı
məsləhəti, bəlkə, elə o verə bilərdi, digər tərəfdən də, mənim
həyatım onun üçün peşəsi ilə bağlı bir hadisədir, daha çox da
onun pərdəarxası məqamları ilə maraqlanır. Sifətindən
xeyirxahlıq, müdriklik yağır, onunla həvəslə söhbət edərdim,
ancaq neyləyim, özümlə bacarmıram. Hərdən mənə elə gəlir
ki, pinti bir keşişlə söhbət edər, hətta günahlarımı da etiraf edə
bilərəm. Ancaq onu da bilirəm ki, kiminsə səliqəli olması,
təmizliyi sevməsi günah sayıla bilməz. Xüsusilə də xeyirxah‐
lığına yaxşı bələd olduğum Serjin... Bununla belə, yaxalığının
   139   140   141   142   143   144   145   146   147   148   149