Page 148 - heynrix
P. 148
HAYNRİX BÖLL

vay “H” xətti ilə gedir! Diqqət: “H” xətti ilə gedən xüsusi tram‐
vay...”

Sanki bomboz bir göldə Ketenin arxasınca üzürdüm,
ürəyimin döyüntülərini saya bilmirdim. Kete monastır kilsəsinə
girib, dəri üz çəkilmiş qara qapını arxasınca örtəndə yenə qorx‐
dum.

Yalnız indi gördüm ki, qapıçının yanından keçib idarədən
çıxarkən yandırdığım siqaret hələ də sönməyib. Siqareti
tullayıb, kilsənin qapısını ehtiyatla açdım, orqan səsi eşidəndə
geri qayıdıb meydançadakı skamyalardan birinə oturdum,
gözləməyə başladım.

Çox gözlədim, səhər‐səhər Ketenin avtobusa mindiyi anı
təsəvvürümə gətirmək istədim, ancaq gətirə bilmədim, içimdə
dəhşətli boşluq hiss etdim, sanki sonu görünməyən bir çayda
üzməyə başladım. Yalnız kilsənin qara qapısını görürdüm: Kete
oradan çıxmalı idi...

Həqiqətən də, çıxanda onun Kete olduğuna inanmadım.
148 Uzun saplaqlı çiçəkləri zənbilin ağzına qoymuşdu, özü də

sürətlə gedirdi. Bildonerplatsla qayıdıb, Qrüneştrasseyə
dönəndə ona çatmaq üçün tələsməli oldum. Çiçəklər onun
addımlarının ahənginə uyğun yellənirdi və hiss etdim ki,
əllərim tərlədi, ürəyim, az qaldı, yerindən qopsun, yüngülcə
səndələdim.

“Bonneberq” mağazasının vitrinləri önündə ayaq saxla‐
yanda tez özümü qalereyaya salıb, oradan baxdım. Gördüm,
bayaq mən durduğum yerdə dayanıb, kədərlidir, kişilər üçün
olan yüngül yaz paltolarına baxır. “Bonneberq”in böyük yaylı
qapısı açılanda içəridən mikrofonun səsi gəldi: “Paltolar? –
“Bonneberq”də! Şlyapalar? – “Bonneberq”də! Kostyumlar? –
“Bonneberq”də! Fərqi yoxdur, palto olsun, kostyum olsun,
papaq olsun – “Bonneberq”də hamısı yaxşıdır!” Kete geri dö‐
nüb küçənin o biri tərəfinə keçdi, limonad köşkünün qarşı‐
sında dayanıb piştaxtanın üstü ilə pulu irəli sürüşdürəndə,
sonra qalığını geri alanda yenə onun xırda əllərini, indi ürəyimi
ağrıdan o tanış hərəkətlərini gördüm. Limonadı stəkana töküb
içdi, içəridən yenə səs gəldi: “Paltolar? – “Bonneberq”də!
   143   144   145   146   147   148   149   150   151   152   153