Page 153 - heynrix
P. 153
İKİ ROMAN

qala, hərdən özüm də səhnədə yaratdığım fantaziyanın qurba‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
nına çevrilir, mehmanxanalardan birinə soxulur, kirimişcə
otağıma girib tamaşaya hazırlaşmaq əvəzinə, gözlərimlə 153
hərəkət cədvəlini axtarıb‐tapır və qatara gecikməmək üçün
pilləkənlərlə aşağı‐yuxarı tüyünürəm. Xoşbəxtlikdən, meh‐
manxanaların çoxunda məni tanıyırlar... Bəzən beş il ərzində
adamda elə adətlər yaranır ki, onların qeyri‐adiliyi daha heç
kəsin diqqətini cəlb etmir. Bundan əlavə, xasiyyətimə yaxşı
bələd olan agentim də həmişə çalışır ki, imkan daxilində heç
nədən nigarançılığım qalmasın. O, “sənətkar dünyasının köv‐
rəkliyi” adlandırdığı şeyə həddən artıq hörmətlə yanaşır, mən
də otağıma girən kimi “xoş əhvali‐ruhiyyənin nəşəsi”ndə
üzməyə başlayıram: qəşəng güldandakı zərif çiçəklər məni
gözləyir... Paltomu çıxarıb, ayaqqabılarımı (ayaqqabıdan lap
zəhləm gedir) bir küncə tolazlamağa macal tapmamış qəşəng
qulluqçu qız qəhvə ilə konyak gətirir, vanna hazırlayır, suya
atdığı yaşıl rəngli məhlulun xoş ətri də adamı lap məst eləyir.
Vannaya girib qəzetlərə baxıram. Yalnız əyləncəli yerlərini oxu‐
yuram. Oxuduğum yazıların sayı da üçdən az, altıdan çox
olmur. Sonra isə kilsə mahnılarını alçaqdan zümzümə etməyə
başlayıram. Məktəb illərindən yadımda qalmış xor nəğmələri,
dualar, sekvensiyalar... Qatı protestant olan valideynlərim
müharibədən sonra dəbə minən dini barışıq siyasətini alqış‐
layaraq məni katolik məktəbinə vermişdilər... Əslində, mən
dindar deyiləm, heç bir kilsəyə də getmirəm. Dini mahnı‐
lardan, dualardan da yalnız müalicə məqsədi ilə istifadə
edirəm. Təbiətin bəxş etdiyi iki əzabdan – düşkünlükdən,
başağrısından məni xilas edən yalnız bunlardır. Mariya
katoliklərə qoşulandan sonra (özü katolik olsa da, mənə elə
gəlir ki, “qoşulmaq” sözü burada yerinə düşür) bu ağrılar daha
da çoxalıb və indiyəcən onların qənimi sayılan litanayların1
köməyi dəymir. Ancaq müvəqqəti də olsa, təsirli dərman
tapmışam: içki... Əslində, yalnız bircə dərman onu həmişəlik
müalicə edə bilər ki, onun da adı Mariyadır. O isə məni atıb

1 Litanay – qədim kilsə nəğmələri
   148   149   150   151   152   153   154   155   156   157   158