Page 155 - heynrix
P. 155
İ ROMAN
uğultu eşidildi. Pərdə düşəndən sonra durub səhnədən BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
çıxdım, cır‐cındırımı yığışdırıb, elə qrimli‐qrimli də qaldığım
pansiona qayıtdım. Bir mərəkə də burada qopdu, çünki sahibə 155
taksinin pulunu ödəmək üçün borc vermək istəmədi. Donqul‐
danan sürücü pulun əvəzinə elektrik ülgücümü alandan sonra
səsini kəsdi.
Ancaq insaflı adam imiş, mənə bir yarımçıq qutu siqaret
verdi, iki mark da pul qaytardı. Elə pal‐paltarlı da səhərdən
sərili qalmış çarpayının üstünə yıxıldım, şüşənin dibində qalan
arağı içdim və son aylarda ilk dəfə düşkünlükdən, başağrı‐
sından əsər‐əlamət hiss eləmədim. Sərxoş idim, sanki
dalğaların qoynunda yırğalanırdım. Hərdən mənə elə gəlirdi
ki, həyatımın son günlərini məhz belə başa vuracağam.
İndi bircə qədəh araq üçün əynimdəki köynəyi də çıxarıb
verərdim, ancaq alver zamanı başlanacaq çənə‐boğazdan
çəkinirdim. Dərin yuxuya getdim. Hətta yuxu da gördüm.
Gördüm ki, ağır pərdə qalın, yumşaq kəfən kimi üstümə çəkilir,
qaranlıqlar qoynunda şirin‐şirin uyuyuram. Lakin elə yata‐yata,
yuxu görə‐görə də ayılacağımdan qorxurdum. Yenə üzümdəki
qrim, şişib dağa dönmüş dizim, kauçuk məcməyidəki kasıb
səhər yeməyi, qəhvədanın böyründəki teleqram...
Teleqramı agentim vurmuşdu: “Koblents və Maynts
istəmədi nöqtə Axşam Bonna zəng vuracam nöqtə Tsonerer...”
Sonra buradakı çıxışımı təşkil edən adam zəng vurdu.
Özündən öyrənmişdim ki, xristian məktəblərinin birinə
rəhbərlik edir.
– Danışan Kostertdir, – dedi. Səsi buz kimi soyuq idi, sanki
kiminsə tapşırığı ilə belə danışırdı. – Biz qonorar məsələsini
də aydınlaşdırmalıyıq, cənab Şnir.
– Buyurun, – dedim, – bu ki asan məsələdir.
– Doğrudan?
Cavab vermədim. O, təzədən danışmağa başlayanda
səsindəki saxta soyuqluq adicə bir sadizmə çevrildi:
– Əvvəllər qiyməti iki yüz mark olan təlxəyə indi yüz mark
verməyi qərara almışıq. – Sözünə qəsdlə ara verdi ki, özümdən